MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

“REZA-nın daxili Odisseyası, Azərbaycanla Fransa arasında dostluğun 30 ili” adlı sərgi - HEYDƏR ƏLİYEV MƏRKƏZİ – 29 iyun - 27 iyul 2022-ci il

Fransa Səfirliyi, Azərbaycan Fransız İnstitutu və Heydər Əliyev Fondu Azərbaycan və Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd etmək üçün iyunun 29-dan iyulun 27-dək fotoqraf REZA-nın sərgisini təqdim edir.

 

“REZA-nın daxili Odisseyası, Azərbaycan və Fransa arasında dostluğun 30 ili” adlı bu sərgidə rəssam Azərbaycan və Fransanın mənzərələrinin və xalqlarının gözəlliyinə bu iki ölkədə səyahəti zamanı çəkilmiş kadrlar vasitəsilə poetik, seyirci və daxili baxış təqdim edir. 

 

Sərgi Heydər Əliyev Mərkəzində 29 iyundan 27 iyula qədər təqdim olunur və sərgiyə giriş iş saatları vaxtı mümkündür. Mərkəz çərşənbə axşamından bazar gününə qədər saat 11:00-dan 19:00-a qədər açıqdır, kassa saat 18:00-da bağlanır.

 

Sərgi aşağıdakı şirkətlərin nəzakətli dəstəyi ilə həyata keçirilir: Alstom, Holcim, QGallery, TotalEnergies EP Absheron B.V., Schneider Electric və Suez.   

Filantrop, idealist, humanist Reza 1979-cu ildə əvvəllər məşğul olduğu memarlıqla vidalaşır və “bəşəriyyətə fotokadrlarla xidmət etmək” missiyasını üzərinə götürür. O vaxtdan Yer kürəsini qarış-qarış gəzib-dolaşır, münaqişələri, inqilabları və bəşəriyyətin fəlakətlərini, insanların sevincini və kədərini fotolentə alır. O beynəlxalq mediada (National Geographic, Time Magazine, Stern, Newsweek, El País, Paris Match, Geo kimi mətbu orqanlarda), bütün dünya üzrə qiymətli əsərlərini sərgiləyir və nümayiş etdirir. O, dünyanın tanınmış universitetlərində və beynəlxalq təşkilatlarında konfranslar keçirir, nüfuzlu tədbirlərdə iştirak edir, sənədli filmlərə çəkilir.

 

Fotoqraflıqla paralel olaraq Reza 1983-cü ildən könüllü olaraq, bütün qitələrdə münaqişə yaşayan cəmiyyətlərin gənclərini və qadınlarını, böyük şəhərlərin ətrafında yaşayan insanların yaşayış tərzini təsvir edən fotokadr “dilinin” formalaşmasında iştirak edir. Beləliklə, kadra düşən hər bir fərd öz taleyinin vizual daşıyıcısına çevrilir. Reza bu fəaliyyətini “Ayna world” və “Reza Visual Academy” assosiasiyaları vasitəsilə davam etdirir. 

 

35 kitabın müəllifi, karyerası dövründə çoxsaylı mükafatlar laureatı olan Reza “Ashoka Fondu”-nın aparıcı üzvüdür. O, “Beynəlxalq Foto Mərkəzinin” təsis etdiyi "World Press Photo" və "Infinity" mükafatı, "Lucy" mükafatı, Missuri Universitetinin fəxri medalı ilə təltif olunub, Parisin Amerika Universitetinin fəxri doktoru adına layiq görülüb. Fransanın “Xidmətlərə görə” ordeninin kavaler medalı ilə təltif olunub.

Reza exposition

Reza Deghati bakou

Exhibition “Intimate Odysseys of Reza, 30 years of friendship between Azerbaijan and France” - HEYDAR ALIYEV CENTER – From June 29th to July 27th ((1033, Baku, Heydar Aliyev Ave, 1). 

 

The Embassy of France, the Institut Français in Azerbaijan and the Heydar Aliyev Foundation organize, from June 29th to July 27th, an exhibition of the photographer REZA on the occasion of the celebration of the 30th anniversary of the establishment, in 1992, of diplomatic relations between Azerbaijan and France. 

 

Through this exhibition titled “Intimate Odysseys of REZA, 30 years of friendship between Azerbaijan and France”, the artist proposes a poetic and intimate insight into the beauties of the landscapes and the peoples of Azerbaijan and France through photographs he took during his journeys on the roads of these two countries.

 

The exhibition is featured at the Heydar Aliyev Centre from June 29th to July 27th during opening hours (from Tuesday to Sunday, from 11 am to 7 pm, ticket office is open until 6 pm) 

 

It has the generous support of Alstom, Holcim, QGallery, TotalEnergies EP Absheron B.V., Schneider Electric and Suez. 

 

Reza is an artist photographer philanthropist, idealist, humanist who, since 1979, is committed to photography for “the service of Mankind”. Since then, he has crossed the world taking photographs not only of conflicts, revolutions and human catastrophes, but also of peoples’ joy and pain. Published by the international media, such as the National Geographic, Time Magazine, Stern, Newsweek, El País, Paris Match, Géo…), Reza has major exhibitions across the world. He takes part in conferences in the World’s principal universities and international organizations, as well as making documentaries.

 

Reza has, since 1983, as well as his photography, voluntarily participated in the formation to the language of pictures of youth and women in the societies of conflict and in suburban areas of megalopolises on all continents. This is how the beneficiaries become visual tellers of their own destiny. ‘Aina World’ and the ‘Reza Visual Academy’ produce his work. 

 

He has written thirty-five books, and received many awards throughout his career. Reza is a Senior Fellow of the Ashoka Foundation. He is the recipient of many awards: these include the World Press Photos, the Infinity Award given by the International Center of Photography, the Lucy Award and the Medal of Honor of the University of Missouri. He is also Doctor-honoris-causa of the American University of Paris, as well as a Knight of the French Order of Merit.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow