TƏLİMATÇILAR ÜÇÜN TƏLİMLƏR
Village Français on line
16 - 20 avqust 2021
Fransız İnstitutu Azərbaycanın fransız dili müəllimləri üçün on line Village Français təşkil edir.
Təlimçi: Saliha OULDYEROU, fransız təlimçi, fransız dili xarici dil (FLE) mütəxəssisi, müəllimlər üçün təlimçi, rəqəmsal pedaqoqika və multimediya mühəndisliyi üzrə təlimçi. Saliha OULDYEROU Monpölye universitetində və digər ali məktəblərdə fəaliyyət göstərir. 1997-ci ildən etibarən fransız dili xarici dilini (FLE) tədris edir.
Həftə ərzində əhatə ediləcək mövzular :
- dil daşıyıcısı olan müəllim və onun həmkarları ilə şifahi fransız dilini inkişaf etdirmək ;
- fransız cəmiyyətində olan inkişafı daha yaxından başa düşmək (mədəniyyət, yeniliklər);
- əyləncəli və öyrədici tədbirlər (kulinariya dərnəyi və s.)
Şərtlər :
Təlim orta məktəb və ali məktəb müəllimləri üçün nəzərdə tutulur.
Təlim iştirakçılarının İnternet bağlantısı olması vacibdir (Fransız İnstitutu bununla bağlı heç bir xərc nəzərdə tutmayıb).
Maksimum 30 yer nəzərdə tutulub, lakin qeydiyyatdan keçənlərin sayı 30 -u keçərsə, 23 avqust – 27 avqust tarixlərində yuxarıda qeyd edilmiş eyni proqram əsasında ikinci təlim təşkil ediləcək.
Dərslər 10-15 şəxsdən ibarət qruplarda keçiriləcək.
Dərslər ZOOM platformasında təlimçi tərəfindən canlı olaraq keçiriləcək. Təlim iştirakçıları verilən tapşırıqları yerinı yetirmək üçün vaxtı özü idarə edir.
Həftənin proqramı :
- 1 saat 30 dəqiqə canlı fransız dili dərnəkləri - hər gün
- 1 saat canlı mədəniyyətlə bağlı dərnəklər - hər gün
- 1 yaxud 2 saat müddətində müstəqil iş - hər gün
On line qeydiyyat 31 iyul 2021-ci il tarixinədək davam edəcək.
https://forms.gle/bFNukEygQkuz39Q48