MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

01 aprel 2020 - 22 aprel 2020

Aprelin 1-dən 22-dək Azərbaycanda Frankofoniya 2022 Günləri : Kino, natiqlik müsabiqəsi, sərgi, konfranslar, məktəblərdə tədbirlər (teatr, mahnı, rəqs və s.) və hədiyyələr.

 

Hər il Frankofoniya Günləri bütün dünyada, fransızdilli ölkələrdə, eləcə də fransız dilinin tədris edildiyi və öyrənildiyi ölkələrdə, o cümlədən Azərbaycanda qeyd olunur.

 

Bu il, Frankofoniya günləri Frankofoniyanın gənclərə və onların istəklərinə, xüsusən də sahibkarlıq, rəqəmsal texnologiya və davamlı inkişaf sahələrində dəstəyini vurğulamaq üçün “Gələcəyin frankofoniyası” mövzusu adı ilə qeyd olunur. 

 

Frankofoniya ilk növbədə ortaq bir dil olan fransız dilini paylaşan qadın və kişilərdən ibarətdir. Beş qitədə təxminən 300 milyon fransızca danışan insan yaşayır. Bundan başqa, fransız dili dünyada və beynəlxalq təşkilatlarda əsas beynəlxalq dillərdən biridir: Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, Olimpiya Oyunları və s.. Beynəlxalq Frankofoniya Təşkilatı dünyanın 88 dövlətini bir araya gətirir.  

 

Fransız dili Azərbaycanda tədris olunan və öyrənilən üçüncü xarici dildir. Orta məktəblərdə 60 minə yaxın şagird fransız dilini öyrənir və 500-ə yaxın fransız müəllimi var. Universitetlərdə gələcək fransız dili  müəllimləri, tərcüməçilər, eyni zamanda diplomatlar, jurnalistlər, mühəndislər, menecerlər, iqtisadçılar, hüquqşünaslar, elm adamları və s. yetişdirən bir çox fransız dili kafedraları var. Fransız dilinin tədrisi Azərbaycan Dillər Universitetində, Bakı Pedaqoji Universitetində və onun Şəki filialında, Gəncə və Naxçıvan Dövlət Universitetlərində, Slavyan Universitetində, Bakı Dövlət Universitetində, Avrasiya Universitetində, ADA-da və s. də həyata keçirilir. Nəhayət, fransız dilinin tədrisinə xüsusi önəm verən orta məktəblər var, bunlardan Bakıda 132-134 və 46 nömrəli məktəbi, Şəkidə 1 nömrəli məktəb və s. qeyd etmək olar. Bundan əlavə, Bakı fransız Liseyində əksəriyyəti azərbaycanlı olan 200-ə yaxın şagird, Azərbaycan-Fransız Universitetində isə 600-dən çox tələbə təhsil alır və onların hamısı fransız dilini öyrənir. 

 

Bu münasibətlə Azərbaycanda Frankofoniyanın bir çox aktyorları istənilən yaş və mənşəyindən asılı olmayarq fransız dilini şagirdlərə, tələbələrə, məzunlara, şagird valideynlərinə, böyüklərə, əcnəbilərə, həm də fransız dilini kəşf etmək istəyən qeyri-fransızlara təklif etmək üçün səfərbər olurlar. Fransız dili və onun mədəni müxtəlifliyi, aprelin birinci hissəsi boyunca bir sıra əyləncəli və yaradıcı tədbirlər ilə davam etdirilir.

 

Bunlar ilk növbədə Fransa, Latviya, Litva, Mərakeş, Meksika və Çexiyanın səfirlikləridir, onların hamısı Beynəlxalq Frankofoniya Təşkilatının üzvü olan ölkələrdir və müasir filmlərin və mədəni irsin zəngin silsiləsini hər zövqə və hər yaşa uyğun fransızca və ya fransızca altyazılarla təklif edirlər : cizgi filmləri, komediyalar, dramatik komediyalar, sənədli filmlər və s. Ümumilikdə Bakının hər yerində ondan çox film təklif olunur: Park Bulvar Cinema, Landmark, Art Tower Gallery. Litva, öz növbəsində, 2022-ci ildə Avropanın Mədəniyyət Paytaxtı olan Kaunas şəhərinin fotoşəkillərinə həsr olunmuş fransız dilində sərgi təklif edir. Bu tədbirlərin əksəriyyətinə həmçinin azərbaycan, türk və ya ingilis, və ya rus dillərində subtitrlərlə daxil olmaq mümkün olacaq. Bunlar fransız dilini bilməyənlər üçün nəzərdə tutulub. 

 

Bundan başqa, Azərbaycan Fransız İnstitutu (IFA) aşağıdakı üç universitetin fransız dili fakültələrinin tələbələri üçün üç natiqlik müsabiqəsi təşkil edir : Azərbaycan Dillər Universiteti, Gəncə Dövlət Universiteti və Naxçıvan Dövlət Universiteti. Bu müsabiqələrin üç qalibi IFA-nın təşkil etdiyi Fransaya mədəni və dilçilik səyahəti hüququ qazanacaq. Bəzi fransızdilli səfirlər münsiflər heyətinin üzvü olacaqlar. 

 

Azərbaycan Fransız dili Müəllimləri Assosiasiyası olan APFAZ ölkə üzrə bir sıra məktəblərdə Frankofoniya günləri keçirir və bu günlərdə fransız dilini öyrənən tələbələr fransız dilində hər cür teatr, xor, şeir, mahnılar, rəqslər və s. təqdim edəcəklər. Onlara Fransanın TOTALEnergies şirkəti və Azərbaycan fransız İnstitutu tərəfindən təqdim olunan kitablar və hədiyyələr veriləcək. Azərbaycan fransız dili müəllimlər assosiasiyası (APFAZ) həmçinin UFC (University Foundation Courses) ilə müəllim və tələbələrin həm Azərbaycanda, həm də beynəlxalq aləmdə peşəkar gələcəyini hazırlaşmaq üçün fransız dilinin üstünlüklərinə həsr olunmuş müsabiqə təşkil edəcək.   

 

Nəhayət, UFAZ (Azərbaycan-fransız Universiteti) cənab Rövşən Ağayevin "Fransız dili dərsləri" (Les cours de la langue française) əsərinə həsr olunmuş konfrans təşkil edərək Azərbaycanda fransız dili müəllimlərinə ehtiram bildirir. Bu tədbir fransız dilində, azərbaycan dilinə tərcümə ilə baş tutacaq.  

 

Bu frankofoniya mövsümü çərçivəsində, Fransa səfiri İncəsənət və Ədəbiyyat sahəsində təqdim olunan nişanı “Qanun” nəşriyyatının direktoru, fransız ədəbiyyatının Azərbaycan dilinə tərcümə edilmiş çoxsaylı əsərlərini çap edən cənab Şahbaz Xuduoğluna təqdim edəcəkdir.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow