MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Bakıda Brandeis triosu ilə Musiqi Festivalı

Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Fransız İnstitutu Musiqi Festivalı münasibəti ilə və Bakı Beynəlxalq Piano Festivalı çərçivəsində  məşhur pianoçu-bəstəkar Adrien Brandeis-in caz triosu ilə birgə Bakıya gələcəyini elan etməkdən məmnundur.

 

Adrien Brandeis-in kubalı kontrabas ifaçısı Felipe Cabrera və nağarçı Endi Berald-Catelodan ibarət triosu 21 iyun saat 19:30-da Landmark otelinin Rotunda zalında konsert proqramı ilə çıxış edəcək. Fransa Səfirliyi və İFA 2022-ci ildə təsis edilmiş Bakı Piano Festivalının tərəfdaşlarıdır (festivalın internet saytına keçid: https://bakupianofestival.com).

Sizi çoxsaylı gözləyirik. 

 

Bilet satışı: https://iticket.az/az/events/concerts/adrien-brandeis-trio-jazz/119471

Ünvan: Rotunda Roof Garden Landmark Hotel - Bakı şəhəri, Nizami küçəsi 90A.

 

Adrien Brandeis fransız caz pianoçu-bəstəkarıdır və Paris Konservatoriyasını bitirmişdir. Onun musiqisi rəngarəng və incə nüanslı caz təqdim edir və bu ona təzadlı musiqi təsirlərini nümayiş etdirməyə imkan verir: caz, rok, klassik musiqi və latın musiqisi. 31 yaşında o, artıq öz musiqisini 16 ölkədə və çoxsaylı caz festivallarında təqdim edib. 2017-ci ildə o, böyük tanınma və beynəlxalq uğur qazandıran ilk kvintet albomu "Euforia"nın prodüserliyini və buraxılışını həyata keçirdi. "Euforia" Adrien Brandeisi caz səhnəsinin diqqət mərkəzində saxladı və onu nüfuzlu Letter One Rising Stars Jazz Award 2018 mükafatını almasına şərait yaratdı. 2020-ci ildə kvartetdə ikinci albomu "Meetings"i yazdı. Bu, ona daha müasir səsə doğru irəliləməyə imkan verir. Bu albom TSF Jazz Radio tərəfindən Fransanın ən yaxşı 10 caz albomunda yer almağa layiq görülüb. 2022-ci ildə o, Meksikada qeydə alınmış "Siempre más allá" kvartetini buraxdı və yaradıcılığında bu ölkədən ilhamlanaraq orijinal Latın caz kompozisiyalarını təklif edir. Elə həmin il o, UNAC-ın (Fransa Milli Müəlliflər və Bəstəkarlar İttifaqı) “Yeni Caz İstedadı 2022” kateqoriyasında Grand Prix mükafatına layiq görülüb.

programme

 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow