DİPLOM VƏ SERTİFİKATLAR

Sertifikat və diplom növləri

Avropa dilləri ortaq çərçivə proqramının qeyd etdiyi 6 dil səviyyəsinə (A1,A2,B1,B2,C1 və C2) uyğun fransız dili üzrə diplomları DELF və DALF imtahanları təqdim edir.

 DELF və DALF, etibarlılıq müddəti məhdud olmayan diplomlardır.

Fransada təhsil almaq və ya iş axtarışında olanlar üçün bu diplomlardan biri əldə etmək zəruridir. Fransız universitetlərinə qəbul zamanı DELF B2 diplomu adətən tələb olunur.

Pour chaque niveau (A1, A2, B1, B2, C1 et C2), les épreuves évaluent les quatre compétences en langue : Dil səviyyəsindən    (A1,A2,B1,B2,C1 və C2) asılı olmayaraq imtahan zamanı aşağıda göstərilən 4 bacarıq yoxlanılır:

  • Qulaq asıb anlama
  • Oxuyub anlama
  • Danışaraq ifadə etmə
  • Yazılı ifadə etmə

Hər bacarıq 25 xal üzrə hesablanaraq ümumi nəticədə 100 xala bərabərdir.

İmtahanın ümumi nəticəsi 50/100 bərabər və ya üstün olmalıdır. Hər bacarıqdan yığılan ümumi nəticə isə 5/25 aşağı olmamalıdır.

TCF
Hər yaşa və dil səviyyəsinə uyğun təkliflər

  • DELF PRİM imtahanı DELF və DALF imtahan seriyasının birinci dərəcəsidir və 8 - 11 yaş arası üçün nəzərdə tutulur. İmtahan A1 və A2 səviyyələrində mövcuddur və uşaqlara xas olan ailə, məktəb, sevimli məşğuliyyət mövzuları ətrafında qurulur.
  • DELF JUNİOR imtahanı A1,A2,B1,B2 səviyyələrində mövcuddur və 12-17 yaş arası yeniyetmələr üçün nəzərdə tutulub. İmtahanın  yeniyetmələri maraqlandıran və onların maraq dairəsinə uyğun olan mövzulardan ibarətdir.
  • DELF Pro (professionnel) peşəkar məqsədilə fransız dili səviyyələrini müəyyən etmək istəyən şəxslər üçün nəzərdə tutulub və A1,A2,B1,B2 səviyyələrindən ibarətdir.  İmtahan keçənlərin ehtiyac və bacarıqlarına uyğun iş dünyasına aid materiallardan ibarətdir.
  • DELF və DALF Tout Public böyüklər və yeniyetmələr (16 yaşdan etibarən DALF C1 və C2) üçün nəzərdə tutulub. Yalnız bu imtahan A1-dən C2-ə qədər diplomlar təklif edir. İmtahanı keçənlər səviyyələrini daha geniş və ümumi məqsədlər üçün yoxlamaq arzusunda olanlardır.

Verilən diplomlar imtahan növündən asılı olmayaraq (PRİM,Junior,Pro yaxud Tout Public) hamısı eyni səviyyədə etibarlıdırlar və heç bir xüsusi qeyd daşımırlar. Yeganə "peşəkar seçim" xüsusi qeydi daşıyan DELF pro diplomudur.

Nümunə olaraq göstərilməlidir ki DELF JUNİOR B2 və DELF Tout Public B2 diplomları eyni səviyyədə hüquqa malikdirlər.

TCF (Test de connaissance du français) və TEF (Test d’évaluation de français) imtahanları iştirakçıların səviyyələrini imtahan zamanı müəyyən edirlər.

Ömürlük diplomlardan ibarət olan DELF və DALF imtahanlarından fərqli olaraq, TCF imtahanı nəticəsində iki il müddətində etibarlı olan sertifikat əldə etmək mümkündür.

Namizədlərin gözləntilərini nəzərə alaraq bu imtahan 5 növə bölünüb:

TCF « Tout public »

Şəxsi, peşə və ya akademik məqsədilə istifadə üçün.

Nümunə olaraq göstərmək olar ki, TCF "Tout Public" imtahanı Fransada və ya frankofon ölkələrin birində bakalavrın 2-ci və 3-cü illərində və Maqistratura pilləsində təhsil almaq üçün verilə bilər.

TCF TP imtahan növü irəlidəki 4 pillədən ibarətdir:

  • Qulaq asıb anlama (test)
  • Oxuyub anlama  (test)
  • Dilin strukturu (test)
  • Yazılı ifadə etmə (məcburi)

Beləliklə TCF TP imtahanı çərçivəsində şifahı ifadə etmə pilləsini keçmək mümkün deyildir.

 TCF D.A.P

(Öncədən qəbul müraciəti)

Bu imtahan növü Fransada bakalavrın sırf 1-ci ilinə və memarlıq ali məktəbinə qeydiyyatdan keçmək üçün verilir.

TCF DAP imtahan növü irəlidəki 4 pillədən ibarətdir :

  • Qulaq asıb anlama (test)
  • Oxuyub anlama  (test)
  • Dilin strukturu (test)
  • İki hissədən ibarət yazılı ifadə etmə pilləsi. İlk olaraq 200 sözdən az olmayan ikonoqrafik sənədin təhlili və üstəlik ən azı 300 sözdən ibarət olan arqumentativ yazı.

TCF Québec

Kvebek əyalətinə miqrasiya məqsədilə müraciət edən namizədlər üçün nəzərdə tutulan imtahan növü.

İmtahan 4 məcburi olmayan pillədən ibarətdir. Namizədlərin ehtiyaclarına uyğun olan pilləni seçə bilmək hüquqları vardır :

  • Qulaq asıb anlama (test)
  • Oxuyub anlama (test)
  • Yazılı ifadə etmə
  • Şıfahi ifadə etmə (imtahançı ilə söhbət)

TCF Québec imtahanına qeydiyyat zamanı namızəddən keçəcəyi pillə(ləri)qeyd etməyi xahiş edəcəklər.İrəlidə göstərilən internet sayta daxıl olmaqla Kvebekə miqrasiya üzrə ən yeni məlumatları əldə edə bilərsiniz.  http://www.immigration-quebec.gouv.qc.ca/fr/index.html

 

TCF ANF

Fransız vətəndaşlığına müraciət etmək üçün verilən imtahan növü.TCF ANF imtahanı 2 pillədən ibarətdir:

  • Qulaq asıb anlama (test)
  •  Şifahi ifadə etmə (imtahançı ilə şifahi müzakirə)

 İmtahanı keçəcəyiniz yerdən asılı olaraq, 2 cür test formatı təklif oluna bilər:

–  Yazılı sürətdə ( çap olunmuş sənəd üzərində)
–  Kompyuter üzərində imtahan.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow