Études en France platformu üzrə təlimat
Əziz tələbələr,
« Etudes en France » saytı vasitəsilə 2023-2024-cü illərdə Fransada təhsil almaq üçün sənəd qəbulu proseduru artıq başlayıb. Profilinizin yaradılması və namizədliyinizin irəli sürülməsi mərhələlərində sizə kömək edəcək fransız və Azərbaycan dillərində təlimat kitabçasını paylaşırıq.
DİQQƏT : birinci mərhələni tamamlamaq üçün 15 dekabr tarixinədək vaxtınız var və bu prosedur mütləqdir!
Sizə uyğun gələn ixtisaslar üzrə axtarışınızı Campus France https://www.campusfrance.org/fr, saytı vasitəsilə edin və xüsusilə onlayn kataloqlara diqqət edin :
· Bakalavr dərəcəsi : https://cataloguelm.campusfrance.org/licence/#/catalog
· Magistratura dərəcəsi : https://cataloguelm.campusfrance.org/master/#/catalog
· İngilis dilində təhsil: https://taughtie.campusfrance.org/tiesearch/#/catalog
· Təqaüdlər : https://campusbourses.campusfrance.org/#/catalog
Campus France Mərkəzi telefon (051 207 02 95), elektron poçt (bakou@campusfrance.org) və randevu üzərindən görüşlər vaxitələri ilə sizə kömək etmək və yönləndirmək üçün ixtiyarınızdadır.