KİTABXANA
Bakıda kitab fondu tamamilə fransızdilli kitablardan ibarət yeganə frankofon resurs mərkəzi İFA-nın kitabxanasıdır. Kitabxana daxilində və ya onlayn formatda müxtəlif pedaqoji vəsaitlər həm fransızdillilər və yeni öyrənməyə başlayan şəxslər üçün mövcuddur.
Kitabxananın kitab fondu hər yaş və dil səviyyəsini əsas götürərək 4 000 -dən artıq əsərdən ibarətdir. Kiçik yaşlardan mütaliəyə maraq oyatmaq üçün düşünülən və ərsəyə gətirilən kiçik uşaq guşəsi balaca oxucuların sevimli məkanına çevrilib.

Kitabxanaya üzvlük Culturethèque dən ödənişsiz istifadəyə imkan yaradır. Culturethèque fransız İnstitutunun rəqəmsal kitabxanasıdır. Burada siz minlərlə fransızca onlayn resurs tapa bilərsiniz : romanlar, musiqi, səsli kitablar, fransız qəzet və jurnalları, komikslər, uşaqlar üçün nağıl və hekayə kitabları və dil inkişafına yönəlmiş rəqəmsal ozünüinkişaf modulları.
İş saatları : II-IV günlər saat 9.30 - 18.30, V gün saat 9.30-13.00 və VI gün saat 10.00-17.00.
Əlaqə üçün mediatheque@ifa.az
İllik qeydiyyat Kitabxananın qəbul hissəsində baş tutur və irəlidəki sənədlər tələb olunur :
- İmzalı və tarixli qeydiyyat formu (yerində verilir)
- Tələbələr üçün qüvvədə olan tələbə kartı, mərkəzin fransız dili tələbələri üçün kurs ödənişi haqda qaimə faktura sənədi.
İstifadə qaydaları
- 3 həftə ərzində istifadə üçün 7 vəsait (əlavə 3 DVD)
- « Ailə » abunəliyində 3 həftə ərzində istifadə üçün 30 sənəd (əlavə 5 DVD)
- Vəsaitlərin istifadə müddəti bitdikdən sonra əlavə 3 həftə üçün 1 dəfə qaytarma tarixlərini uzatmaq mümkündür (digər oxucu həmin vəsaitləri rezerv etməyibsə)
- Kitabxananın fondundakı kitabları istifadə üçün özünlə aparmaq mümkündür (lüğətlər və fransız dili metodları istisna olaraq)
Kitabxanaya üzvlük Culturethèque dən ödənişsiz istifadəyə imkan yaradır. Culturethèque fransız İnstitutunun rəqəmsal kitabxanasıdır. Burada siz minlərlə fransızca onlayn resurs tapa bilərsiniz : romanlar, musiqi, səsli kitablar, fransız qəzet və jurnalları, komikslər, uşaqlar üçün nağıl və hekayə kitabları və dil inkişafına yönəlmiş rəqəmsal ozünüinkişaf modulları.
Tariflər
Kitabxanaya qeydiyyat rüsumunun ödənişi və gecikməyə görə cərimələrin ödənişləri nağd şəkildə fransız İnstitutunun qəbul şöbəsində aparılır. Azərbaycanda fransız İnstitutunun kurslar şöbəsinin tələbələrinə qeydiyyat ödənişsizdir.
– « Gənc » tarifi (18 yaşdan aşağı şəxslər və qüvvədə olan tələbə kartı ilə tələbələr)
30 AZN/illik
– « Böyük » tarifi
60 AZN/illik
– « Ailə » tarifi
100 AZN/illik