MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Village français 2024: Azərbaycanda fransız dili müəllimləri üçün ustad dərsləri

Village français 2024-cü ildə növbəti buraxılışı üçün mümkün qədər çox fransız müəllimi bir araya gətirmək üçün paytaxt Bakını seçdi. Dərslər iyunun 25-dən iyunun 29-dək Azərbaycan-Fransız Universitetinin məkanında keçirildi və Bakıdan və regionlardan 100-dən çox müəllimi bir araya gətirdi. 100 müəllim 5 qrupa bölünərək, 5 fransız müəlliminin dərslərində iştirak etdilər. Bölgələrdən gələn müəllimlər yaşayış xərcləri üçün İFA-dan maddi dəstək aldılar.

 

Təlimçilərin məqsədi müəllimlərin bacarıqlarını təkmilləşdirmək və xüsusilə şifahi və yazılı ifadə vasitəsilə tədrisin dinamizmini artırmaq idi. Müəllimlərə elektron tədris vasitələri təqdim olundu. İştirakçılar həmçinin gender bərabərliyi mövzusunda teatr dərnəklərində iştirak edə bildilər. Bununla yanaşı iştirakçılara Fransanın zorakılığa məruz qalan qadınlara  dəstək sisteminin onlayn təqdimatı keçirildi.

 

Təlimin maraqlı hissəsindən olan Fransaya iki səyahət müsabiqəsi iştirakçılar arasında püşk atma vasitəsilə elan olundu.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow