TƏRƏFDAŞLAR
Bakou Accueil bir məlumat tipli və praktiki bir internet saytdır və Azərbaycanda yaşayan fransızdilli şəxsləri eləcə də ölkənin frankofon dostlarını birləşdirərək müxtəlif tədbirlər keçirən bir assosiasiyadır.
Assosiasiyanın keçirdiyi aylıq tədbirlər zamanı frankofonlar görüşür və asudə vaxtlarını keçirirlər. Assosiasiya hamı üçün açıqdır və frankofon mədəniyyətlərinin dəyərlərini Azərbaycanda tanıtmaq missiyasını yerinə yetirir.

“Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası” (AFchamber) Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən, üzvlərinin qarşılıqlı razılıqla könüllü şəkildə iştirakını təmin edən və daimi əsasda yaradılan bir qeyri-hökumət təşkilatıdır. AFchamber əsas missiyası dövlət və özəl sektor tərəfdaşlığını təşviq etmək və Azərbaycan ilə Fransa arasında biznes və ticarət əlaqələrini daha da inkişaf etdirmək olan qeyri-hökumət təşkilatıdır.

France 24 davamlı beynəlxalq informasiya fransız zənciridir və 24/7 4 dildə (fransız, ingilis, ərəb, ispan) Fransa dəyərlərini təşviq edir və dünyada baş verən ən son xəbərlərə fransız baxşı təklif edir və eləcə də müxtəlif rəqəmsal platformalar və peyklərdə mövcuddur.

Azərbaycan-Fransız Universiteti (UFAZ) ali təhsil və tədqiqat layihəsi kimi Dövlətlərarası tərəfindən irəli sürülüb və 2016-cı ildə təsis edilib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə (ADNSU) Strasburq Universitetinin (UNISTRA) və eləcədə bir neçə fransız universitetinin birgə strateji tərəfdaşlığı əsasında fəaliyyət göstərən UFAZ-da tələbələr bakalavr səviyyəsindən doktoranturayadək müxtəlif ixtisaslarda təhsil ala bilərlər və avropa standartlarına uyğun iki dövlət diplomuna sahib olurlar.
Avropa və Asiyanın kəsişməsində yerləşən UFAZ, sosial-iqtisadi və sənaye sektorları ilə sıx əməkdaşlıq edərək, innovasiya və davamlı inkişafın əsas sahələrində yeni istedadlar yetişdirir. Birgə idarəçiliyi, güclü beynəlxalq akademik təməli və çoxsaylı fransız və Azərbaycan müəllim və tədqiqatçılarının illik iştirakı UFAZ-ı Azərbaycan və regionda Fransa akademiyası və tədqiqatlarının əsas təsir gücünə çevirir.
