MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

« Pol Nadarın Bakıya Səyahəti » sənədli filminin premyerasının önizləməsi Bakı Fotoqrafiya Evində

« Pol Nadarın Bakıya Səyahəti » sənədli filminin premyerasının önizləməsi Bakı Fotoqrafiya Evində 

 

Bakı Fotoqrafiya Evində, 18 may 2021 tarixində Beynəlxalq Muzey Günü münasibətilə, Azərbaycanda Fransız İnstitutunun təşəbbüsü ilə rejissorlar Könül Rəfiyeva və Rüstəm Hüseynovun « Pol Nadarın Bakıya Səyahəti » sənədli filminin premyerasının önizləməsi baş tutmuşdur. Bu filmin nümayişi həmçinin 2021-ci ilin sentyabr ayında keçiriləcək Fransız fotoqrafına həsr olunacaq sərgini elan etmək üçün təşkil olunmuşdur.   

 

Pol Nadar, fransız fotoqrafı

 

Pol Nadar məşhur portretçi və jurnalist « Nadar » ləqəbi ilə tanınan Qaspar Feliks Turnaşon oğludur və atası kimi uzaqgörmə qabiliyyətinə malik idi. 19-cu əsrin sonlarında texnologiyanın inkişafı foto cihazlarını yenicə studiolardan üzə çıxarmağını təbliğ etməyə başlayarkən Pol Nadar artıq fotoapparatının daşına bilmə qabiliyyətini aşkarlayır. Bunu sübut etmək üçün o Parisdən Daşkəndə Tbilisi və Bakıdan keçirək transqafqaz və transxəzər dəmir yolu ilə səyahətə çıxır. Bakının xarizması və xüsusiyyətləri onu valeh edir. 

 

« Pol Nadarın Bakıya Səyahəti »

 

1890-cu ildə Bakıda olan Pol Nadar şəhərin gündəlik həyatını göstərən bir çox şəkil çəkmişdir. Bu şəkillər arasında məscid minarəsinin, Qala qapılarının, vağzalın və ən əsası Bakılıların şəkillərini görmək olar. Bakıya səyahət « Société internationale de wagons-lits et des grands express européens » dəmiryolu şirkətinin Qafqaza və rus « Türküstan »-na təşkil edilən səyahət çərçivəsində baş tutmuşdur. Bir neçə ay sürən bu səyahət nəticəsində Pol Nadar 1 800 -dən çox şəkil ilə vətəninə qayıtmışdır. 

 

Sentyabrda keçiriləcək sərgi

 

Bu sənədli filmin nümayişi həmçinin, Bakı Fotoqrafiya Evində sentyabr ayında keçiriləcək Pol Nadara və eləcə də onun « Türküstana Səyahət » -inə həsr olunmuş, sərgisini elan etmək məqsədilə təşkil olunmuşdur. Sərgidə İstanbuldan Daşkəndə (Bakıdan keçərək) 60 foto və ata Nadarın çəkdiyi fransız məşhurlarının (Viktor Hüqo, Aleksandr Düma, Jorj Sand) portretləri yer alacaqdır. Və nəhayət sənədli film izləmək arzusunda olanlar bunu sərgi boyu etmək imkanına malik olacaqlar.  

 

Dərin təşəkkür !

 

Fransız İnstitutu bu layihə çərçivəsində dəyərli əməkdaşlığı üçün İçərişəhər Muzey Mərkəzinin direktoru xanım Əminə Məlikovaya öz dərin minnətdarlığını bildirir. Bununla yanaşı keyfiyyətli iş ərsəyə gətirdikləri üçün Könül Rəfiyeva və Rüstən Hüseynova və musiqi üçün Araz Ozaraya öz təşəkkürümüzü bildiririk. Sonda, Fransanın Mədəniyyət Nazirliyinin Memarlıq və Mədəni İrs Kitabxanasına bu layihənin ərsəyə gəlməsində və Pol Nadarın foto fondundan istifadə etmək imkanını yaratdığı üçün öz səmimi minnətdarlığımızı bildiririk. 

 

Sentyabrda görüşürük ? :)

Fotolar Kamran Bağırova məxsusdur

 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow