MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Cümə axşamı, aprelin 18-i saat 18.00-da IFA-da dağ xizəyi üzrə dünya vitse-çempionu Jordan Broisin ilə görüş

Olimpiya və Paralimpiya həftəsi (15-20 aprel) çərçivəsində dünya vitse-çempionu və paralimpiya dağ xizəkçisi Jordan Broisin idman haqqında danışmaq və tədbirlərdə iştirak etmək üçün Bakıya gələcək. Onun səfəri şərəfinə, IFA sizi 18 aprel Cümə axşamı, saat 18:00-da öz məkanında Jordan Broisin ilə görüşməyə dəvət edir.

 

Tərcümeyi-hal : 2009-cu ildə Jordan, sol ayağının amputasiyası və sol çiynindəki iki sinirin kəsilməsi ilə nəticələnən motosiklet qəzasına düşdü. Yeddi aylıq reabilitasiyadan sonra onun beynində yalnız bir fikir var idi: iki yaşından xizək sürdüyü yamaclara qayıtmaq. O, gözləmədi və 2009-cu ildə yenidən xizək sürməyə başladı. 6 il sonra, 2015-ci ildə o, France Handisport xizək komandasına qoşuldu. Bu gün bu həvəskar xizəkçi Paralimpiya medalı arzusundadır.

 

2023-cü ildə Espotada (İspaniya) keçirilən para-alp xizəkləri üzrə dünya çempionatında ilk dəfə podiuma qalxmış və slalomda ikinci yeri tutmuşdur.

jordan broisin baku

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow