MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

TƏHSİL TƏQAÜDÜ : 2024-2025-ci tədris ili üzrə France Excellence açıq elan olunur !

 

 

 

 

« France Excellence » (əvvəlki adı ilə BGF) təhsil təqaüdü proqramı Fransada təhsil almaq istəyən azərbaycanlı tələbələrə 10 ay müddətinə verilir.

 

Təqaüdə layiq görülənlər aşağıdakı üstünlüklərdən yararlanacaqlar :

  • 860 € məbləğində aylıq təqaüd ;
  • 28 yaşdan aşağı olan tələbələr üçün sosial yardım ;
  • uzumüddətli tələbə vizası ;
  • CROUS yataqxanalarına daxil olmaq üçün köməklik.

 

  • Diqqət, təhsil haqqı qarşılanmır.

 

Şərtlər :

  • Milliyyətcə azərbaycanlı olmaq ;
  • Minimum bakalavr təhsil dərəcəsinə uyğun diploma sahib olmaq və ya əldə etmək prosesində olmaq ;
  • Təhsil alacağınız dildən asılı olaraq fransız və ya ingilis dili üzrə minimum B2 səviyyəni təsdiq edən sənədi təqdim etmək ;
  • Magistratura pilləsi üzrə təhsil proqramına sənəd göndərmək (magistraturanın 1-ci və ya 2-ci kursu).

 

Müraciət üçün tələb olunan sənədlər (alacağınız təhsil dilindən asılı olaraq fransız və ya ingiliscə) :

  • Pasportun surəti ;
  • CV ;
  • Motivasiya məktubu ;
  • Fransa universitetinə daxil olana qədər aldığınız ən sonuncu diplomun və diplom əlavəsinin surətləri və notarial qaydada tərcümələri ;
  • Minimum B2 səviyyəsini təsdiq edən dil sertifikatı ;
  • Qəbul və ya ilkin qəbul məktubu (əgər alınıbsa).

 

Müraciət təqvimi :

  • Müraciətlərin açılması : 26 mart 2024-cü il
  • Müraciətlər üçün son tarix : 30 aprel 2024-cü il
  • Sənəd əsasında ilkin seçim və müsahibəyə çağırılma mərhələsi : may 2024-cü il
  • Son nəticələrin açıqlanması : iyun 2024-cü il

 

Bütün sənədlərinizi PDF formatda aşağıdakı elektron ünvanlara göndərməyiniz xahiş olunur :

 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow