MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Beynəlxalq Qadınlar Günü – yalnız 8 mart günü, onlayn izləyə biləcəyiniz, tam ödənişsiz, ingilis dilində alt-yazıları ilə 5 epizoddan ibarət ‘’Cəsur qadınlar’’ serialı.

8 mart Beynəlxalq Qadınlar Gününə özəl olaraq, cəsur qadınların həyat hekayələrindən ilhamlanaraq Tarixi izah edən, 5 epizoddan ibarət ‘’Cəsur qadınlar’’ qısa animasiya serialını qaçırmayın. Yalnız bir gün, onlayn, tam ödənişsiz və ingilis dilində alt-yazıları ilə !

Penelop Bajiyönün ‘’Cəsur qadınlar’’ bloqu

Fransız vulkanoloqu, Katya Kraft, amerikalı astronavt, Mae Cemison, Vu Zeytan, Kitayın ilk qadın imperatoru… Bu qadınların həyat hekayələri komiks müəllifi və İncəsənət və Ədəbiyyat Ordeni mükafatçısı, Penelop Bajiyö tərəfindən qələmə alınıb. Penelop Bajiyö bir il ərzində ‘’Cəsur qadınlar’’ bloqu adında Le Monde qəzetində hər həftə 30 qadının Tarix boyunca öz müqəddəratlarına necə qərar verdiklərini və həyatdan istədiklərini ala bilməkləri haqqda yazır. 

Animasiya serialına adaptasiya

Penelop Bajiyönün iki əsərinə Fransa Televiziyası animasiya serialı hazırlayıb. Hər biri özünə məxsus, Tarixdə dərin iz buraxan cəsur qadınlar barədə 30 epizod.  Və onlardan geridə qalmayan, onların səsini canlandıran Sesil Dö Frans !

Beləliklə, Fransız İnstitutu 8 mart Beynəlxalq Qadınlar Gününə özəl olaraq, 5 epizoddan ibarət onlayn, tam ödənişsiz, yalnız bir gün davam edəcək ‘’Cəsur qadınlar’’ qısa animasiya serialını təqdim edir. 

Mövcud epizodlar : 

  • - Wu Zetian, Kitayın ilk qadın imperatoru, hökm etdiyi zəmanə qadın və insani hüquqlar qorunurdu.
  • - Leymah Gbowee, Liberiyada vətəndaş müharibəsi zamanı sülh uğrunda döyüşən qadın. 
  • - Naziq Al Abid, Siriyanın Silahlı Qüvvələrinin ilk qadın Qeneralı.
  • - Katia Krafft, fransız vulkanoloqu. Ən nəhəng vulkan püskürmələrinin şahidi və yerli sakinlərin təhlükəsiz qaydalarda yaşaması üçün çalışan qadın.
  • - Mae Jemison, kosmosa uçan və Star Trek filmində oynayan ilk qaradərili amerikanlı qadın astronavt. 

Serialı izləmək üçün linkə daxil olun

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow