MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Mart ayı boyunca tam ödənişsiz və onlayn baş tutacaq qısametrajlı film bayramında iştirak edin !

Mart ayı boyunca tam ödənişsiz və onlayn baş tutacaq qısametrajlı film bayramında iştirak edin ! 

Filmlər fransız dilində ingilis dilində alt-yazıları ilə mövcud olacaqlar. 

Qısametrajlı film bayramı 2015-ci ildən etibarən Fransız İnstitutunun tərəfdaşlığı ilə qısametrajlı filmlərin təbliğində mühim rol oynayır. Bu il bir ilk olaraq tədbir həmçinin onlayn şəkildə 1-30 mart tarixlərində 10 qısametrajlı tam ödənişsiz izləyə biləcəyiniz filmlər ilə qarşınıza çıxır !

Az tanınan incəsənət növü, qısametraj 

İllərdir kino incəsənəti qazandığı nüfuzdan qürur hissi duyduğu zaman qısametraj kinomatoqrafiyanın qeyri – müəyyən bir parçası olaraq qalır. Qısametraj çox vaxt rejissorların çəkdiyi filmlərin «qaralama» kimi istifadəsinə bənzəsə də onun mənası və dəyəri daha üstündür. Buna baxmayaraq son illər qısametraflı filmlər müxtəlif formada yeniliklər ilə müstəqillik qazana biliblər. Necə ki novella ədəbiyyat üçün qısametrajda kinomatoqrafiya üçün bir məfhumdur. Bu bir incəsənət növüdür, üslubdur, daha geniş yaradıcılıq fikirlərini həyata keçirmək üçün tam fərqli bir janrdır. 

Qısametrajlı filmlər bayramı bu incəsənət növünü tanıtmaq üçün yaranıb

2015-ci ildə « Faites des Courts, Fête des Films » ( «Qısametrajlı filmlər çəkin, kino bayramı yaradın») assosiasiyası tərəfindən, məqsədi qısametraj janrının daha geniş publikaya tanıtmaq üçün yaradılan və hər il keçirilən qısametrajlı filmlər bayramı həm kinoteatrlarda həm də digər platformalarda keçirilir. Hamı üçün açıq olan bu böyük bayram gənc rejissorları və yeni qısametrajlı filmləri tanıdır. Bayramın proqramı hər yaşa və publikaya uyğun olar tərtib edilir. Fransız İnstitutu və qısametraj Aqentliyinin göstərdiyi kömək sayəsində filmlər tam ödənişsiz təklif olunur. 

2021-ci il buraxılışında 10 qısametrajlı film

2021-ci il buraxılışı üçün qısametrajlı filmlər Bayramı Fransız İnstitutu ilə birgə 10 qısametrajlı filmi onlayn, tam ödənişsiz, qeydiyyatsız, bir çoxu ingilis dilində alt-yazıları ilə mart ayının sonuna qədər təqdim edir.

2021-ci il buraxılışının rəsmi proqramı :

  • - « Différent, et alors ? » (« Fərqliyəm, və ? ») hər kəsin fərqli olması hamının zəngin olması deməkdir mövzusunda silsilə filmlər (ingilis alt-yazıları ilə) : 
    • o Jeremi Truyun və Fani Liatarın « Chien bleu » filmi
    • o Maksim Royun « Beautiful Loser » filmi
    • o Marion Desen Ravelin « Fatiya » filmi
    • o Tatyana Vial və Svan Arlonun « Venerman » filmi
    • o Toma Verneyin « Miss Chazelles » filmi

 

    • - Böyük təcrübə üçün açıq məkanda müxtəlif ixtisaslarda formalaşmış insanların opera ilə münasibətlərini əks etdirən Paris Operasının təqdim etdiyi « La 3ème scène » («3-cü səhnə») silsilə filmləri :
    • o Arno De Palyerin « Degas et moi » filmi 
    • o Jüli Delikenin « Violetta » filmi 
    • o Kərim Musauinin « Les divas du Taguerabt » filmi 
    • o Üqo Byenvönü və Feliks Jivrinin « L’Entretien » filmi
    • o Jan Stefan Bronun « Vers le silence » filmi

 

Filmlərə keçid üçün bu linkdən istifadə edin:

Bayramın rəsmi qdimat çarxı

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow