MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

2023-2024-cü tədris ilində Fransada təhsil proqramlarına sənəd qəbulu proseduru 2022-ci ilin oktyabrın 1-dən başlayır və 2022-ci ilin dekabrın 15-də bitir.

EEAF

Yeni dərs ilinin başlamağına az qalıb, 2023-2024-cü tədris ilinə hazırlaşmağın vaxtıdır. Belə ki, gələn ildən Fransada təhsil almaq istəyən azərbaycanlı tələbələr mobillik planlarını mütləq indidən hazırlamalıdırlar.

 

Oktyabrın 1-dən Etudes en France saytı vasitəsilə tələb olunan bütün ixtisaslar üçün sənəd qəbulu prosesi baş tutacaq.

Buna görə də sənədlərinizi hazırlamaqda və ixtisas seçimində vaxt itirməməyiniz tövsiyə olunur. 

 

Hal-hazırda, biz bütün tələbələri Fransada təhsil haqqında hər cür məlumatla dolu olan Campus France agentliyinin internet saytına müraciət etməyə dəvət edirik : https://www.campusfrance.org/fr  

 

Təhsil proqramlarının kataloqları da təhsil müəssisələri və təklif etdikləri ixtisaslar haqqında məlumatlanmağınıza kömək edəcək : 

 

Bakalavr səviyyəsində : https://cataloguelm.campusfrance.org/licence/#/catalog 

Magistratura səviyyəsində : https://cataloguelm.campusfrance.org/master/#/catalog?lang=fr 

 

Müraciət etmək istədiyiniz təhsil müəssisələrini və ixtisasları müəyyən etdikdən dərhal sonra, Etudes en France saytından hesab açın https://pastel.diplomatie.gouv.fr/etudesenfrance/dyn/public/authentification/login.html et və gecikmədən sənəd göndərin. 

 

Diqqət : sənəd qəbulunun son tarixi bütün tələbələr üçün 15 dekabrdır (bakalavrın 1-ci kursuna (prosedur « qəbul üçün ilkin müraciət (DAP) » adlanır) və bakalavrın 2-ci və 3-cü kursuna, magistraturaya və xüsusi ixtisaslara qəbul olmaq istəyənlər üçün (« DAP prosedurundan kənar müraciət » adlanır).

Gözləməyin, Etudes en France platformasını izləyin, profil yaratmağa, qəbul olmaq istədiyiniz təhsil müəssisələrini və ixtisasları seçməyə başlayın və elə indidən CV və motivasiya məktublarınızı hazırlayın. 

 

Campus France Azərbaycan mərkəzi köməyə, məsləhətlərə və məlumatlara ehtiyacı olan bütün tələbələr üçün açıqdır. Görüş götürmək üçün bizimlə əlaqə saxlaya (bakou@campusfrance.org ; 051 207 02 95) və hətta birbaşa bizim mərkəzə yaxınlaşa bilərsiniz.  Campus France mərkəzi Azərbaycan Fransız İnstitutunun nəzdində,  Füzuli küçəsi 67 ünvanında yerləşir (AZ1014 Bakı, Azərbaycan). 

 

Fransız dilini öyrənmək və ya bu dildə səviyyənizi mükəmməlləşdirmək Fransada təhsil üçün böyük bir üstünlükdür. Azərbaycan Fransız İnstitutunda fransız dili dərslərinə yazılmaq mümkündür : https://www.ifa.az/az

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow