Sebastiyən Lifşitzin « Balaca Qız » filminin Salaam Cinema da nümayişi
Bakı, Şəki və Lənkəran şəhərlərində 13-20 avqust 2022 tarixlərində baş tutmuş Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının 3-cü buraxılışında Azərbaycanda Fransız İnstitutu tərəfdaş qismində çıxış edib.
Bu münasibətlə 18 avqust saat 20.00-da Salaam Cinema da Sebastiyən Lifşitzin « Balaca Qız » filminin nümayişi təşkil olunub.
Sözügedən film Gent Festivalının Qran Pri, Çikaqo Festivalının Hugo d’Argent mükafatlarına layiq görülüb və Visions du Réel eləcə də Berlinale 2020 Festivallarında nominasiyalar alıb.