Fransanın Lil şəhərində keçiriləcək Series Mania Festivalının « SeriesMakers » proqramında iştirak üçün elan
Lil şəhərində təşkil olunan Series Mania festivalı dünya üzrə prodüserlər və rejissorlara şamil olunan « SeriesMakers » proqramına namizədlik müraciətini açıq elan edir.
Artıq bir uzunmetrajlı film ərsəyə gətirmiş kinematoqraflara ünvanlanan bu proqramda serial aləmində macəra dolu təcrübə yaşamaq təklif olunur.
Proqrama müraciət etmək üçün ‘’duo’’ (rejissor+prodüsser ) şəklində 15 sentyabr tarixinədək namizədliyinizi göndərin və qalib gəldiyiniz təqdirdə 50,000 avro məbləğində istehsalat təqaüdünü qazanın, beynəlxalq müstəvidə tanınan serial dünyasının ulduzları ( Maykl Örst, Aqneşka Oland...) tərəfindən müşayiət olunun və Series Mania 2024 Forumunda iştirak edin.
Ətraflı məlumatı irəlidəki saytdan tapa bilərsiniz : https://seriesmania.com/forum/en/seriesmakers/