MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

UFAZ-da Bakı Frankofon Məşğulluq Mərkəzinin (CEF) açılışı (25 iyun)

AUF (Frankofoniya universitet Agentliyi) tərəfindən maliyyələşdirilən və UFAZ-ın (Azərbaycan-Fransız Universiteti) binasında yerləşən Frankofon Məşğulluq Mərkəzinin (CEF) 25 iyun 2022-ci il tarixində UFAZ-da onun iki təsisçisi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (UFAZ-ın tabe olduğu universitet) Rektoru cənab Mustafa Babanlı, AUF-nin Mərkəzi və Şərqi Avropa  ölkələri (ECO) üzrə regional Direktoru cənab Mohamed Ketata və Fransa Səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri cənab Jerom Kel tərəfindən açılışı olub. Mərasimə sədirliyi UFAZ-ın direktoru cənab Vazeh Əsgərov, Frankofoniya Məşğulluq Mərkəzinə ziyarəti isə UFAZ-ın tədris departamentinin rəhbəri xanım Lətifə Nəsibova və CEF-in könüllü animatoru xanım Amel Hedjman-Potron tərəfindən həyata keçirilib. İş dünyasından bir neçə nümayəndə, o cümlədən JOCAR, SUEZ və PROSOL, eləcə də UFAZ-ın fransız dili müəllimlərindən ibarət bütün komanda tədbirdə iştirak edirdi.

 

Azərbaycanda ilk dəfə olan Frankofoniya Məşğulluq Mərkəzi (CEF), UFAZ-dan və digər yerlərdən olan azərbaycanlı tələbələrə, təcrübəli və ya yeni başlayan fransızca danışan tələbələrə onların peşəkar gələcəklərinin hazırlanmasında dəstək olmaq məqsədi daşıyan məsləhət, təlim və resurslar mərkəzidir. Bununla əlaqədar olaraq, Frankofoniya Məşğulluq Mərkəzi (CEF) tələbələrin “bacarıqlarının” (ünsiyyət, qarşılıqlı əlaqə keyfiyyətləri, təşəbbüs ruhu, xarizma və liderlik və s.) gücləndirmək və sahibkarlıq bacarıqlarına (biznes planın işlənib hazırlanması, starts-uplara başlama, komandanın idarə edilməsi) kömək etmək məqsədilə fərdi inkişaf seminarları təşkil edəcək.

 

UFAZ, Frankofoniya universitet Mərkəzi tərəfindən dəstəklənən CRU (Universitet Müvəffəqiyyət Mərkəzi) olan Azərbaycan Dillər Universitetindən sonra Frankofoniya universitet Mərkəzinin şəbəkəsinin üzvü (2020-ci ildə qoşulmuşdur) olan ikinci azərbaycan universitetidir. Frankofoniya universitet Mərkəzinin dünya üzrə 1000-dən çox, Mərkəzi və Şərqi Avropa regionunda isə 150-dən çox üzvü var. Bakıya səfəri zamanı cənab Ketata bu şəbəkəyə qoşula biləcək daha üç universitetin, yəni Bakı Slavyan Universiteti, Azərbaycan Pedaqoji Universiteti və ADA-nın rəhbərliyi ilə görüşüb.

 

Biznes və tədqiqat dünyasının peşəkarları ilə görüşlər təşkil edəcək Frankofon Məşğulluq Mərkəzinin UFAZ-da yaradılması bu universitetlə şirkətlər arasında artıq qurulmuş güclü sinerji təsdiq edir ki, tələbələr dünyanın problemlərinə və çağırışlarına uyğun olaraq, sənaye, texnologiya, biznes, ticarət və iqtisadi inkişaf üzrə təlimlərdən faydalana bilsinlər. Bundan əlavə, Mərkəz, UFAZ-da gənc təcrübəli və ya yeni başlayan gənc frankofonları qəbul etməklə, UFAZ-da fransız dilinin istifadəsinin gücləndirəcəkdir. Fransız dili UFAZ-da tədris olunan ilk xarici dildir, ingilis dili isə ümumi elmi təhsil dilidir. UFAZ tələbələri ölkədəki ən yaxşı fransızdillilər sırasındadırlar və bir çoxları Fransanın nüfuzlu müəssisələrində (IN de Polytechnique de Paris, Université Paris Saclay, IFP School və s.) magistratura səviyyəsində təhsillərini davam etdirirlər.

 

Mərasim UFAZ tələbələrinin təşkil etdiyi fransız dilində konsertlə başa çatıb. 

 

Bundan əlavə, cənab Ketata UFAZ-da Frankofoniya universitet Agentliyinin fəaliyyətinin təqdim olunduğu konfransı, fransız dili müəllimləri və tələbələrdən ibarət geniş auditoriya qarşısında apardı. AUF-nin əsas fəaliyyəti aşağıdakı sahələri əhatə edir :

 

- Rəqəmsal transformasiya və universitet idarəçiliyi

- Frankofonların məşğulluğu və sahibkarlığı

- Şəbəkələrin tərtibatı və beynəlxalq əməkdaşlıq

- Təlimçilərin hazırlanması və pedaqoji innovasiyalar

- Tədqiqat və onun dəyərləndirilməsi.

 

Cənab Ketata xüsusilə AUF tərəfindən həyata keçirilən və birgə maliyyələşdirilən layihələrdə gənclərin və inkişafın xeyrinə tədqiqat layihələrini, akademik mobillik və fransız dilinin tədrisini dəstəkləməklə yuxarıda qeyd olunan fəaliyyət sahələrində konkret addımlar atmağı təkid edib. O, Azərbaycan gənclərinin ehtiyaclarına cavab verən yeni proqramlar hazırlamazdan əvvəl Azərbaycan Dilləri Universiteti (ULA), UFAZ və gələcək AUF-ə üzv olan universitetlərlə bu layihələri Azərbaycanda həyata keçirə biləcəyinə ümid edir.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow