MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

“100% Klassik, fransız kinosu həzzi” silsilə filmləri, kinematoqrafiya essesinin dahisi Kris Markerə həsr edilmiş gecə ilə yekunlaşdı.

Çərşənbə axşamı 21 iyun Azərbaycanda Fransız İnstitutu Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycan Kinematoqrafçılar İttifaqının tərəfdaşlığı ilə “100% Klassik, fransız kinosu həzzi” silsilə filmlərinin son nümayişini təşkil etdi. 

 

Sözügedən son nümayiş münasibətilə Kris Markerin 2 filmini izləmək üçün bir çox bakılılar nümayişə qatıldılar. Tamaşaçılar Kris Markerin 1957-ci ildə çəkdiyi “Sibirdən məktub” sənədli filmini və 1962-ci ildə çəkdiyi və bununla da rejissora dünya şöhrəti qazandıran elmi fantastika janrında eksperimental qısametrajlı  “Uçuș zolağı” filmini kəşf etdilər. 

 

Təbdirin açılışında Fransanın Azərbaycandakı səfirliyinin Mədəniyyət və Əməkdaşlıq üzrə Müşaviri və Azərbaycanda Fransız İnstitutunun Direktoru cənab Jerom Kel nitq ilə çıxış etdi. Rejissor və fransız kinosu üzrə ekspert Murad Əbiyev filmləri təqdim etdi və nümayişin sonunda film tənqidçisi Sevda Sultanova ilə tamaşaçılarla müzakirə seansı təşkil etdi. 

 

Bir çox digər fransız filmlərinə 30 iyun tarixinədək onlayn şəkildə tam ödənişsiz bu keçiddən keçərək baxa bilərsiniz https://ifcinema.institutfrancais.com/fr/streaming/alacarte

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow