MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Viza prosedurundan əvvəl « Etudes en France » platformasında qeydiyyat

!! 2022-2023-cü tədris ili üçün Fransanın təhsil müəssisələrinə qəbul olunan tələbələr üçün vacib mesaj !!

 

Viza verilməzdən əvvəl « Etudes en France » platformasında qeydiyyat.

2022-2023-cü tədris ilinin əvvəlində Fransada təhsil almaq üçün getdikcə daha çox tələbə qəbul alır. Təbrik edirik ! Bununla belə, nəzərə alın ki, Fransaya getməzdən əvvəl hələ də icra edilməli olan inzibati prosedurlar var.

A) Müxtəlif universitet və ixtisaslara qəbul üçün müraciət dosyenizi yaratmağınız üçün əksəriyyətiniz “Etudes en France” (EEF) platformasından keçmisiniz. Bu halda siz hesabınıza qayıdıb, seçdiyiniz ixtisası təsdiqləməli (əgər bir neçə ixtisasa qəbul olmusunuzsa), həmin « Etudes en France » elektron platformasında vizadan əvvəlki dosyenizi doldurmalı, bu dosyeni göndərməli və Campus France Azərbaycan bürosu tərəfindən göstərişləri və təsdiqi gözləməlisiniz.

Sonda www.france-visas.gouv.fr saytı vasitəsilə viza müraciətinizi edə bilərsiniz.

 

Sizin artıq « EEF » platformasında hesabınız var

Elektron poçt ünvanınızla hesabınıza daxil olmağınız və “Mən qəbul olundum” dosyesini yaratmağınız kifayətdir. Yeni hesab açmağınıza ehtiyyac yoxdur. Daha sonra Fransada təhsiliniz üçün nəzərdə tutduğunuz ixtisası seçirsiniz.

 

Dosyenizdə olan məlumatlar təsdiq olunduğu halda heç bir dəyişiklik edə bilməzsiniz, yalnız məlumatları tamamlaya bilərsiniz. Dəyişiklik üçün hesab nömrənizi və dəyişilməsi bölmələri qeyd edərək bakou@campusfrance.org ünvanı vasitəsilə  bizə müraciət göndərin.

 

Əgər artıq ödəniş etmisinizsə, yenidən ödəniş etməyə ehtiyyac yoxdur (hər hesab və müddət üçün tək ödəniş).

 

B) “Etudes en France” (EEF) prosedurundan kənar Fransa ali təhsil müəssisəsinə qəbul olanlar üçün, vizadan əvvəlki prosedura başlamaq üçün EEF platformundan mütləq şəkildə qeydiyyatdan keçməlisiniz. Hesab açın, « Mən qəbul olundum » (« I already have an admission »), sonra « Mən xaricdə/mübadilə və ya ikili diplom çərçivəsində təhsil alan tələbə deyiləm » variantını seçin. Əgər siz universitet mübadiləsi və ya ikili diplom proqramı tələbəsisinizsə, « Mən xaricdə/mübadilə və ya ikili diplom çərçivəsində təhsil alan tələbəyəm » variantını seçin.

 

Daha sonra hesabınızı tələb olunan bütün sənədlərlə doldurmalı, doldurduğunuz dosyenizi təqdim etməli və Campus France mərkəzinin təlimatlarına əməl etməlisiniz (müsahibə, düzəlişlər…). Bu prosedur üçün sizdən 100 manat ödəniş tələb olunacaq.

Campus France mərkəzi tərəfindən tələb olunan dəyişikliklər və düzəlişlərlə bağlı, həmçinin ödəniş mərhələsinə başlamaq üçün platformaya müntəzəm qoşulmağınızı xahiş edirik.

NECƏ ETMƏLİ ?

Études en France platforması üzərindən vizadan əvvəlki “mən qəbul olundum” proseduru əvvəllər “Etudes En France” platformasında qeydiyyatdan keçməmiş və Fransa universitetlərinə qəbul aldıqdan sonra Fransada təhsil almaq üçün viza müraciəti edən tələbələr üçün nəzərdə tutulub.

Bütün müraciətlər onlayn formada Études en France saytı vasitəsilə təqdim olunur. Mən qəbul olundum başlığı altında elektron dosye yaratmağınız kifayətdir:

EEF platformasında vizadan əvvəlki tam dosyeni tərtib etmək və təqdim etmək üçün addımlar:

I. Onlayn hesabımın yaradılması

Aşağıdakı linkə daxil olaraq şəxsi kabinetimi yaradıram : https://pastel.diplomatie.gouv.fr/etudesenfrance/dyn/public/authentification/login.html

« Qeydiyyatdan keçmək » hissəsinə daxil oluram və menyudan « Campus France Azərbaycan mərkəzi »ni seçirəm « Mən qəbul olundum » bölməsinə daxil olaraq məlumatlarımı daxil edirəm.

Daha sonra şəxsi məlumatlarımı daxil edirəm. Bu mərhələ üçün aşağıdakı sənədləri təqdim etməliyəm :
1) şəxsiyyəti təsdiq edən sənəd (pasport, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə),
2) şəxsiyyəti təsdiq edən yeni peşəkarcasına çəkilmiş foto şəkil,

3) təsdiq məktublarını və eləcə də saxlamalı olduğum sənəd nömrəmi almaq üçün düzgün elektron ünvan.

 

II. Dosyemi doldurmaq

Dosyemi tamamlamaq üçün vəziyyətimə uyğun aşağıdakı sənədlərimi skan edirəm :

 1) şəxsiyyət vəsiqəsi,

 2) diplomlarım və/və ya akademik qiymət nəticələrii,

 3) yeni çəkilmiş pasport şəkli,

 4) CV

 5) Ali təhsil müəssisəsinə və ixtisasa ilkin qeydiyyat sənədi.

 

III. Dosyemin onlayn təqdim edilməsi və qeydiyyat haqqının ödənilməsi

Dosyemin tam və düzgün olmasından əmin olduqdan sonra onlayn olaraq dosyemi təqdim edirəm. Campus France bürosunun işçi qrupu dosyemin yoxlanılmasına başlayacaq və ödəniş müraciəti göndərəcək.

Dosyenizə baxılması üçün ödənişlər Azərbaycanda Fransız İnstitutunun bank hesabı vasitəsilə aparılmalıdır. Daha sonra ödəniş sübutu bakou@campusfrance.org elektron ünvanına göndərilməlidir.  

Ödəniş məqsədini « Etudes en France » kimi qeyd etməyiniz xahiş olunur.

Bank rekviziti :

Bank köçürməsi həyata keçdikdə Campus France bürosunun mənim ödənişimi təsdiq edə bilməsi üçün onlayn hesabımda bank əməliyyatının detallarını doldururam (ödəniş məqsədi, bank və s.). 

Diqqət ! Dosyeniz natamam olduğu təqdirdə təsdiq olunmayacaq və sizə düzəliş üçün geri göndəriləcək (bunun üçün elektron məktublarınızı mütəmadi yoxlamağınız vacibdir). 

 

IV. Vizadan əvvəlki müsahibə

Campus France-a tədqim edəcəyiniz təhsil layihəniz çox vacib bir mərhələdir. Bu müsahibə namizədə şəxsi layihəsini təqdim etməyə, motivasiyasını və seçimlərini izah etməyə imkan yaradır.

Bütün lazımi snədləri toplayıb əvvəlcədən hazırlaşmaq lazımdır.

Daha sonra müraciət edən şəxs e-mail vasitəsilə (gün, saat və yer) yerində və ya ZOOM vasitəsilə təşkil olunacaq müsahibə üçün çağırılacaq.

 

V. France-Visas saytı üzərindən viza müraciəti

Vizadan əvvəlki müsahibədən sonra EEF platforması tərəfindən verilən ilkin qeydiyyatımla bağlı EEF hesab nömrəmin qeyd olunduğu arayışı yükləyirəm. Arayışımla birlikdə France-Visas üzərindən viza mərhələlərinə başlayıram.

 

VI. CAPAGO viza mərkəzinə dosyenizi təqdim etmək

France-Visas saytında qeydiyyatım tamamlandıqda CAPAGO saytı vasitəsilə viza müraciətimi təqdim etmək üçün görüş götürürəm.

 

C) Campus France saytında aşağıdakı linklər vasitəsilə verilən bir çox səhifə proseduru sizə izah edir.

Fransızca :

https://www.campusfrance.org/fr/ressource/la-plateforme-etudes-en-france

İngiliscə :

https://www.campusfrance.org/en/resource/the-plateform-etudes-en-france

Bu prosedurlar tamamlandıqda Campus France Azərbaycan Fransaya gedişinizdə və gedişdən əvvəl sizə kömək edəcək məlumat xaraterli sessiyalar təşkil edəcək : viza müraciəti, yataqxana tapmaq, bank hesabı açmaq, icbari sığortaya üzvlük və s. 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow