MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

« 100% KLASSİKLƏR » Bakı şəhərinin « Azərbaycan » kinoteatrında : iyun ayında 3 film nümayişi üçün təşkil olunacaq görüş

« 100% KLASSİKLƏR » Bakı şəhərinin « Azərbaycan » kinoteatrında : iyun ayında 3 film nümayişi üçün təşkil olunacaq görüş 

100 klassiklər

Azərbaycanda Fransız İnstitutu Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə əməkdaşlığı çərçivəsində dünya kinematoqraf tarixinin klassik filmlər hesab edilən silsilə filmlər nümayişi təqdim edir. Filmlər fransız dilində bərpa prosesi keçdikdən sonra ilk dəfə azərbaycan dilində alt-yazıları ilə nümayiş olunacaqlar. Bu imkandan yararlanmaq üçün Bakı şəhərinin « Azərbaycan » kinoteatrına təşrif buyurun ! (Giriş mövcud yerləri nəzərə alaraq ödənişsizdir : 125 yer  / Bakı şəhəri, Əbdülkərim Əlizadə 1 küç., Paul restoranının qarşısı). Bütün filmlərin təqdimatını azərbaycan dilində, rejissor və fransız kinosu üzrə mütəxəssis Murad Abiyev keçirəcək. 

 

Çərşənbə axşamı 7 iyun saat 19.00-da : Robert Bressonun « Baltazar » (1966) filmi

 

Kinematoqrafiyanın incilərindən olan « Baltazar » filmi, « Atalanta » filmi kimi 7-ci incəsənət növünün tarixinə qızıl hərflərlə yazılıb. 

Jan-Lük Qodarın, Marqörit Duranın və Lui Malin « Baltazar » filmi haqda verdikləri müsahibəyə baxa bilərsiniz. 

 

Xülasə  : Filmdə Baltazar adlı ulağın həyatı nəql olunur. Ulağın ilk sahibinin uşaqları onu Baltazar adlandırılar. Ulaq sahiblərini dəyişir, əldən ələ keçir. Bəziləri ona mərhəmətli, bəziləri amansız davranır. Heyvan bütün olanları itaətlə, dözümlə qarşılayır. " Mən istəyirdim ki, ulaq insanlığın pis tərəfinin nümunəsi olan bir qrup insan ilə rastlaşsın. Ulaq həyatı çox bərabər, sükutlu olduğundan bir dramatik yüksəliş tapmaq lazım idi". Robert Bresson.

 

Çərşənbə axşamı 14 iyun saat 19.00-da :  Jan Viqonun « Atalanta » (1933) filmi

 

Ekspertlər həmfikirdirlər : « Atalanta » bütün kinosevərlərin izləməli olduqları və 7-ci incəsənət növünün şah əsəridir. 

 

« Atalanta » filmi şairanə və realist bir əsərdir və filmin personajları rəngarənglikləri ilə seçilirlər. Bu film Jan Viqonun 3-cü və sonuncu filmdir. Filmin çıxışından bir az sonra rejissor həyatını 29 yaşında itirir. Rejissorun kinokaryerasının qısa olmasına baxmayaraq, filmin gözəlliyi və tamaşaçıya yaşatdığı rahatlığı dünya kinematoqrafiya tarixində əbədi olaraq yaşayacaq. 

 

Fransua Trüffonun « Atalanta » filmi haqda verdiyi müsahibəyə baxa bilərsiniz.

 

Xülasə : İki gənc - kəndli qız Cülyetta və gəmi kapitanı Jan evlənir. Sonra onlar Janın “Atalanta” adlanan gəmisinə daşınırlar. Günlərin bir günü Cülyetta dərin hüznə boğulur və gəmini tərk edərək böyük şəhərin işıqlarına valeh olur. Bir qoca kişinin köməkliyi ilə Jan Cülyettanı ümidsizliyə qapılmış vəziyyətdə tapdı. 

 

Çərşənbə axşamı 21 iyun saat 19.00-da : Kris Markerin “Uçuș zolağı” (1962) və “Sibirdən məktub” (1958) filmləri

 

Kris Markerə özəl bir gecə. Eksperimental sənədli film janrının tarixi rejissoru. Orijinal ssenariləri ilə, bəzən iki ardıcıllı planla (Uçuș zolağı), bəzən saxta hekayə danışaraq (Sibirdən məktub) o, hər kəsin zövqünə oxşayacaq və sənədli filmlərə yeni nəfəs verən incəsənət əsərləri yaradıb.

 

Xülasə “Sibirdən məktub”  : Sovet Sibiri haqqında sənədli bir film. Filmdəki şərhlər və planlar bu saxta səyahət hekayəsinə unikal bir anlam verirlər. Kris Marker burada müxtəlif mövzulara toxunur : insanların həyatı, ictimaiyyətin modernləşməsi, qızıl axtaranlar və s.. Bütün bunlar mövzudan kənar süjet xəttilə müşayiət olunurlar, misal üçün mamontlar haqqında cizgi filmilə, maralların qabiliyyətləri haqqında saxta reklam çarxı ilə və ya bir səhnədə 3 fərqli baxış nöqtəsinin (müsbət, mənfi, neytral) göstərilməsi ilə.

 

Xülasə “Uçuș zolağı” : Statik görüntülər ilə çəkilmiş sözügedən bu film Üçüncü Dünya Müharibəsindən sonra yer kürəsində həyat tərzindən bəhs edir. Müharibənin dağıntıları bütün yer kürəsini zəbt edib və radioktiv şüalar öz təsirlərini artıq göstərirlər. Sözügedən müharibəyə bir əlac və ya çıxış yolu üçün sadəcə ZAMAN tələb olunur. Problemin həlli üçün 1 nömrəli çıxış yolu zamanda keçmişə və ya gələcəyə səyahət etməkdir. 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow