MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

2022-ci il “Fransa-Almaniya Gender Bərabərliyi Mükafatı” dinləmələrində təqdim olunan 5 layihə

Çərşənbə günü, aprelin 11-də Azərbaycanda qadın və kişi bərabərliyi lehinə Azərbaycan qadınları tərəfindən həyata keçirilən 5 layihə ikinci "Fransa-Almaniya Gender Bərabərliyi Mükafatı"nın münsiflər heyətinə təqdim olunub.

 

5 qadın, 5 ideya, 5 layihə: startap, bədii yaradıcılıq, sosial sahibkarlıq, idman idarəçiliyi və reproduktiv sağlamlıq kimi müxtəlif sahələrdə. Hər bir layihə rəhbərinə öz işlərini təqdim etmək üçün təxminən on dəqiqə vaxt ayrıldı və sonra on beş dəqiqə ərzində münsiflərin suallarını cavablandırdılar.

 

Münsiflər heyəti diplomatik korpus və vətəndaş cəmiyyətinin nümayəndələrindən, üç kişi və üç qadından ibarət idi: Fransa səfiri cənab Zakari Qross, Almaniya səfiri doktor Volfqanq Maniq, BMT-nin rezident əlaqələndiricisi xanım Vladanka Andreeva. Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr üzrə direktoru Soltan Məmmədov, WARD QHT-nin prezidenti Şəhla İsmayıl və “Ali & Nino” nəşriyyatı və kitabxanalarının direktoru xanım Nigar Köçərli.

 

Daha sonra münsiflər heyəti baş mükafatı - iyul ayında Sciences-Po Parisdə "Yay Məktəbində" iştirak etmək üçün Fransada qalmaq və Almaniyada təcrübə keçmək - qazanacaq namizədi seçmək üçün uzun çəkən müzakirələr apardı.

Mükafat mərasimi dəvət əsasında 31 may 2022-ci il tarixində keçiriləcək.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow