MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Bakı Slavyan Liseyində Frankofoniya Bayramı

Frankofoniya Həftələri çərçivəsində 11 aprel 2022 tarixində Bakı Slavyan Liseyində fransız dili qeyd olundu. Səhnədə çıxış edən şagirdlər Bakı slavyan Universitetinin müəllim və təcrübəçi müəllimlərin köməyi ilə fransızca mahnılar, şeirlər, teatr tamaşaları və musiqili proqram təqdim etdilər. 

 

Fransanın Azərbaycandakı Səfirliyinin mədəniyyət işləri üzrə məsul şəxsi İnqrid Ponsi şagirdlərə və müəllimlərə Frankofoniya Günü münasibətilə təqdim etdikləri müxtəlif yaradıcı performanslara görə onlara öz dərin minnətdarlığını bildirdi. O, Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycanda Fransız İnstitutu adından TotalEnergies-in hədiyyə etdiyi kitabları məktəbin müəllim heyətinə təqdim etdi. 

 

Sözügedən tədbir Bakı slavyan Liseyinin şagirdlərini, müəllimlərini və direktorunu bir araya gətirdi. 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow