MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Art Tower Gallery -nin məkanında « Rouge » və « Le Mystère Henri Pick » fransız filmlərinin nümayişi

Kinosevərlərin həftə sonu ! Frankofoniya Günlərinin 2022-ci il buraxılışı münasibətilə cümə günü 8 aprel və bazar günü 10 aprel tarixlərində Art Tower Gallery -nin məkanında « Rouge » və « Le Mystère Henri Pick » fransız filmlərinin nümayişi təşkil olunudu. 

 

Filmlərin təqdimatını Fransanın Azərbaycandakı Səfirliyinin Əməkdaşlıq və mədəniyyət işləri üzrə Müşaviri eləcə də Azərbaycanda Fransız İnstitutunun Direktoru cənab Jerom Kel və mədəniyyət işləri üzrə məsul şəxs İnqrid Ponsi keçirdilər. 

 

Real hadisələr əsasında çəkilmiş « Rouge » filmində yaxınlarının göstərdikləri müqavimətə baxmayaraq adi bir tibb bacısı Nur adlı xanım böyük miqyasda baş verən tullantı skandalını ifşa edir. Beləliklə, bu filmdə inancları və ətraf mühit naminə mübarizə aparan bir güclü xanım haqda bəhs edilir. Film « Cannes 2020 » nişanı ilə təltif edilmişdir. 

 

« Le Mystère Henri Pick » filmi bizi inanılmaz bir macəraya aparır. Fransanın Brötan regionunda müəmmalı bir yazıçı axtarışdadır… Filmdə baş rolları müxtəlif rollarına görə 10 dəfə Césars mükafatına namizədliyi irəli sürülən Fabris Lüçini və Dix Pour Cent serialına görə məşhurluq qazanan Kamiy Kotən cütlüyü ifa edirlər. 

 

Sözügedən filmlərin hər birinin nümayişinə 40 -a yaxın tamaşaçı qoşulub nümayişin sonunda səmimi ortamdan yararlana bildilər. 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow