MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Bakıda 210 saylı məktəbdə Frankofoniya günü (7 aprel 2022)

210 saylı məktəbin fransız dili müəllimləri xanım Kəmalə Nurəliyeva, xanım Fidan Nurullayeva və onların fransız dilini öyrənən şagirdləri 7 aprel 2022-ci il tarixində mahnılardan, skeçlərdən, rəqslərdən, musiqidən, teatr səhnələrindən, şeirlərdən və s. ibarət gözəl və rəngarəng fransız dilində tamaşalar təqdim edərək Frankofoniya gününü qeyd etdilər.

 

Bu tamaşa çoxlu sayda şagird və valideynlərinin, məktəbin direktoru xanım Həqiqət Qulaliyevanın, Fransa Səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri, Azərbaycan fransız İnstitutunun  direktoru cənab Jerom Kelin, Azərbaycan fransız İnstitutunun direktor-müavini Conatan Ünlünün, Azərbaycan fransız dili müəllimləri assosiasiyasının prezidenti xanım Gülbəniz Camalovanın və onun gənc həmkarı, Azərbaycan Dillər Universitetinin fransız dili müəllimi xanım Elnurə Məmmədovanın iştirakı ilə baş tutdu. 

 

Tədbirin sonunda Azərbaycan fransız İnstitutu tamaşada iştirak  bütün tələbələrə və müəllimlərə dərsin əyləncəli və pedoqoji üsulda keçilməsi üçün Kanadanın Türkiyədəki Səfirliyi və eyni zamanda TotalEnergies şirkəti tərəfindən hədiyyə olunan çox saylı kitablar və həmçinin fransız dilinin tədrisinə həsr olunmuş sinif otaqlarını bəzəmək üçün illüstrasiya panelləri (Fransanın xəritəsi, fellərin təsrifini əks etdirən cədvəl, fransız dilində vaxtı bildirən cədvəl, hesablama cədvəli, fransız dilində meyvə və tərəvəzlərin adları və illüstrasiyaları və s.) təqdim etdi.

 

Cənab Kel məktəbin direktoruna və fransız dili müəlliminə Fransa səfiri və Azərbaycan fransız dili müəllimləri assosiasiyasının prezidenti tərəfindən imzalanmış diplom təqdim etdi.

 

Bu tədbir bayram əhval-ruhiyyəsində keçdi və bütün tədbir iştirakçıları məmnun qaldı.   

 

1-ci sinifdən 11-ci sinfə qədər ümumilikdə 1300-ə yaxın şagirdin təhsil aldığı 210 saylı məktəbdə  250-yə yaxın şagird fransız dilini ikinci xarici dil kimi öyrənir.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow