“Cənnətə viza” adlı meksikalı sənədli filmin nümayişi
“Cənnətə viza” adlı meksikalı sənədli filmin nümayişi.
7 aprel, saat 19:00
Landmark Cinema Club (Bakı, Nizami küç.,90A)
Dil: ispan. Altyazı dili: fransız.
Giriş sərbəstdir
Yer sayı – 50. COVID pasportu və nümayış zamanı tibbi maskanın taxılması zəruridir.
Sənədli film Xilberto Boskesin (Gilberto Bosques) əməyinə həsr olunur. Onu tanıyan və onun tərəfindən xilas olunan insanlar 1939-1942 illərdə Marseldə baş verənlərdən bəhs edirlər. Həmin dövrdə Boskes Meksikanın Fransadakı Baş Konsulu olmuş və nasistlər tərəfindən təqib edilmiş on minlərlə ispan respublikaçısı, yahudi, sosialist, kommunist və digər insanları xilas etmişdir.