MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Frankofoniya – Kino : cümə günü 8 aprel 2022 saat 19.00-da Art Tower Gallery-də « Rouge » filmi

Frankofoniya – Kino : cümə günü 8 aprel 2022 saat 19.00-da Art Tower Gallery-də « Rouge » filmi  – Fransa Kinosunun silsilə filmləri !

 

Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutu Frankofoniya 2022 mövsümü münasibətilə sizləri « Cinéma français » (« fransız Kinosu ») silsilə proqramında təklif etdiyi 5 fransız filmini kəşf etməyə dəvət edir ! 

 

Farid Bentuminin « Rouge »  filmi. Hər kəsə təsir edəcək, ictimai problemlərə və eləcə də ətraf mühitə dair Farid Bentuminin « Rouge »  adlı dram janrında filmi. Film nümayişi cümə günü 8 aprel 2022 saat 19.00-da Art Tower Gallery-də (İçərişəhər, Kiçik Qala 105) mərkəzində  keçiriləcək. 

 

Farid Bentuminin « Rouge » filmi

 

Xülasə : Nur atasının işlədiyi və həmişədən vacib işçi sayıldığı eləcə də işçi heyətinin nümayəndəsi olduğu kimya zavoduna tibb bacısı vəzifəsinə işə qəbul olunur. Zavodda sanitar yoxlama aparıldığı zaman bir gənc jurnalist xanım zavodda tullantıların necə istifadə edildiyi haqda araşdırma aparır. Vaxt keçdikcə iki gənc xanım yerli iqtisadiyyatın mühim pilləsi sayılan bu zavodun bəzi sirrləri ilə rastlaşırlar. Nur, zavodda aşkar etdiyi yanlışları ( ətraf mühitə ziyan tullantılar, saxta tibbi sənədlər, gizli saxlanılmış qəzalar) ya susaraq atası üçün ört-bastır etməli və ya atasını ifşa edərək həqiqəti söyləməlidir. 

 

Altyazıları : ingiliscə 

 

Film nümayişində iştirak üçün (yalnız 30 yer) 5 aprel tarixinədək leyla.aliyeva@diplomatie.gouv.fr elektron ünvanına müraciət edin. 

qirimiz

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow