MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

SƏRGİ « ANİMASİYA FİLMLƏRİ : LA FRENCH TOUCH » 14 oktyabr — 13 noyabr 2021 - IFA

Exposition Cinéma d'animation

 

Azərbaycanda Fransız İnstitutu 14 oktyabr — 13 noyabr 2021 tarixlərində öz məkanında (Bakı şəh. Füzuli küç, 67, iş saatları — I-V günlər saat 10.00-18.00, 1 noyabr tarixindən II-VI 10h-18h (VI gün saat 17.00-dək))  sizə «Animasiya filmləri – La French touch » sərgisini təqdim etməkdən sevinc hissi duyur

Azərbaycanda Fransız İnstitutu Loran Valyerin eyniadlı gözəoxşayan əsərindən (Éditions de la Martinière & Arte Éditions nəşrləri) ilhamlanaraq ərsəyə gələn «Animasiya filmləri : la French touch» sərgisini təqdim etməkdən sevinc hissi duyur.

Sərgi fransız animasiya filmlərinin cizgi filmdən başlayaraq ən son kompyuter qrafikinə uyğun hazırlanmasının 100 illik tarixini özündə əks etdirir.

Belə ki fransız animasiya industriyası beynəlxalq müstəbidə şöhrətli ad qazanaraq bir istinad nöqtəsi kimi tanınır.

Sərgi fransız və azərbaycan dillərində təqdim olunacaq və giriş hamıya sərbəstdir.

Sərginin açılış mərasimi 13 oktyabr 2021 tarixində saat 18.30-da baş tutacaq — Yerlər məhduddur — Yalnız qeydiyyatdan keçərək açılış mərasimində iştirak edə bilərsiniz : mediatheque@ifa.az 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow