MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Sumqayıtın “Sağlam Düşüncə Gənclər Təşkilatı” QHT-si ilə "ECOmics" layihəsinin başlanması üçün toplantı : şagirdləri ətraf mühitin qorunmasının vacibliyi barədə məlumatlandırmaq üçün hazırlan

30 mart 2021-ci il tarixində, Fransanın Azərbaycandakı Səfiri cənab Zakari Qros və bu səfirliyin Mədəniyyət və Əməkdaşlıq işləri üzrə Müşaviri cənab Jerom Kel, "ECOmics" layihəsinin başlanması üçün Sağlam Düşüncə Gənclər Təşkilatı (CSYO) tərəfindən təşkil olunan onlayn görüşdə iştirak etdilər. 

 

CSYO-nun rəhbərliyi altında və Fransa səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə, Sumqayıt şəhərindəki dövlət məktəblərinin şagirdlərini ətraf mühitin qorunması və bunun vacibliyi barədə məlumatlandırmaq üçün komikslər hazırlamağı hədəfləyir.

 

Səfir, görüşün başlanğıcında bu istiqamətdə planetar miqyasda kollektiv fəaliyyət göstərməyin vacibliyini qeyd etdi və ölkədəki CSYO kimi vətəndaş cəmiyyəti aktyorlarının rəhbərlik etdiyi təşəbbüslərə Fransanın dəstək vermək istəyini xatırlatdı.

Bu görüş zamanı layihə qrupu, qarşıda olan hədəflər, habelə layihənin həyata keçirilməsində növbəti addımlar barədə təqdimat etdi (görüşdə iştirak edən layihə qrupu komikslər müəllifi, "Yaşıl düşüncə" mütəxəssisi, kommunikasiya üzrə məsul şəxs və bir çox könüllü daxil olmaqla on iki nəfər təşkil edirdi). Komikslərdə diqqət çəkiləcək əsas mövzu, Xəzər dənizində olan çox sayda plastik tullantı ilə əlaqəli ekoloji çirklənmənin həm insanların, həm heyvanların, həm də bitkilərin sağlamlığına təsiri və Xəzər dənizinin ekosistemlərinin qorunması üçün zərərli olan bu fenomenlə mübarizə zərurəti olacaqdır.

 

Komiklərin dizaynı və layihənin sosial şəbəkələrdə tanıdılması may ayının ortalarına qədər həyata keçiriləcək və daha sonra geniş məktəbli şəbəkəsini cəlb etmək üçün Sumqayıtda fəaliyyət göstərən bir çox müəllim və şagirdin iştirakı ilə bir webinar təşkil ediləcək. Əsas məqsəd ondan ibarətdir ki, şagirdlər boyama və yazma, həmçinin məktəb divarlarında komikslər çəkmə dərnəkləri vasitəsilə bu fikri mümkün qədər geniş auditoriyaya çatdırsınlar. Bu son mərhələnin bu ilin payızında, yeni tədris ilində başlanması planlaşdırılır.

 

Sağlam Düşüncə Gənclər Təşkilatı Sumqayıtda bir qrup gənc tərəfindən təsis edilmişdir və əsas missiyası gənclərin cəmiyyətdəki iştirakını artırmaq, onlara fərdi inkişaf imkanları yaratmaqdır. Təşkilat əsasən gənclərin vətəndaş məsuliyyətlərinə hörmət göstərmələrinə, sağlam həyat tərzini təbliğ etməyə, gənclər arasında ətraf mühit və onun qorunmasının əhəmiyyəti barədə məlumatlılığını artırmağa kömək edən layihələrə diqqət yetirir.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow