Onlayn mədəniyyət // Qısametrajlı filmlər ????
Onlayn mədəniyyət #1
Onlayn mədəniyyət // Qısametrajlı filmlər ????
« Qısametrajlı Film Festivalı » çərçivəsində Azərbaycanda Fransız İnstitutu sizi qısametrajlı film seçimlərini onlayn kəşf etməyə dəvət edir. Gəlin « Qısametrajlı Film Festivalı » proqramının sonuncu gününü fransızdilli kinosevərlər ilə birlikdə keçirin !????
Tədbir, Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət işləri üzrə məsul şəxsi, eyni zamanda qısametrajlı film festivalının keçmiş təşkilatçısı və bu janrın böyük pərəstişkarı İnqrid Ponsi tərəfindən keçiriləcək. ????
Tədbir çərşənbə axşamı, 30 mart saat 18.30-da başlayacaq ????
⚡ Linki əldə etmək üçün e-mail vasitəsilə qeydiyyat mütləqdir ⚡: ingrid.ponsy@ifa.az
Proqram :
???? Qısametrajlı film festivalının təqdimatı
???? Fransız dilində qısametrajlı filmlərin onlayn nümayişi (ingiliscə altyazılar)
???? Fransızca fikir mübadilələri və debatlar
Yayımlanacaq filmlərin siyahısını tezliklə açıqlayacağıq !
Bugündən etibarən isə aşağıdakı linkdən istifadə edərək bütün təkliflərə baxa bilərsiniz : https://ifcinema.institutfrancais.com/fr/streaming/feteducourt