MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Şəki bölgəsində yaşayan frankofon namizədlər üçün yarışma : « Qədim Şəki turu Aleksandr Dümanin xatirələri ilə » adlı gəzinti marşrutu.

shekiconcours

 

Mükafat : Fransaya səyahət.

Nəticədə: özünüzə qədim Şəki şəhərinin fransızdilli turist bələdçisi olmaq şansı verin.

Namizədliyə çağırış : son tarix 15 aprel

Məşhur Fransız yazıçısı Aleksandr Düma 19-cu əsrdə Şəkidə olmuşdur. Bu epizodu o, 1858 və 1859-cu illərdə bu bölgəyə etdiyi səyahətdən bəhs edən « Qafqaza səyahət » adlı kitabında işıqlandırır. 

Şəki Regional Turizm İnformasiya Mərkəzi, yaxın gələcəkdə xarici qonaqlar üçün Şəkidə Aleksandr Dümanın xatirələri əsasında « Qədim Şəki turu Aleksandr Dümanin xatirələri ilə » adlı gəzinti turu təşkil etməyi planlaşdırır. 

Fransanın Azərbaycandakı Səfirliyi və Fransız İnstitutu bu layihənin həyata keçirilməsini təşviq etmək arzusundadır və bu məqsədlə, Şəkidə yaşayan, bələdçisi kimi ilk təcrübəsi olan gənc frankofonlara həsr olunmuş bir müsabiqə təşkil edir. Müsabiqənin qalibi Fransa səyahət və Şəki Regional Turizm Məlumat Mərkəzinin bu marşrut üzrə frankofon bələdçisi olmaq imkanı qazanacaqdır.

Bu müsabiqə iki mərhələdə təşkil ediləcək: Birinci mərhələ, Alexandre Dümanın Şəki xatirələri marşrutunun ümumi təqdimatından faydalanmaq üçün dosya üzərindən və şifahi müsahibə vasitəsilə üç fransız dilli namizədin seçilməsinə imkan verəcəkdir. İkinci mərhələdə bu marşrut üzrə bir nəfər ən yaxşı fransızdilli turist bələdçi birinci mükafatı qazanacaq.

Müsabiqənin təqdvimi və şərtləri barədə tanış olun

Sənədlərinizi göndərməyə tələsin : son tarix 15 aprel 2021-ci il

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow