MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

2021-2022-ci illərdə Fransa səfirliyi azərbaycanlı tələbələrin yararlanacağı təhsil təqaüdləri mövzusunda sadiqliyini sa

Campus France Azərbaycan bürosu 23 fevralda 2021-2022-ci illər ərzində Fransada təhsil almaq məqsədilə Fransa səfirliyindən təqaüd almaq üçün müraciətləri yenidən açıq elan etdi. (klassik təqaüd və İslam İnkişaf Bankı ilə birlikdə maliyyələşdirilən təqaüd proqramlarının açıq elan olunması).

Düzdür, bu il mövcud olan təqaüdlərin sayı əvvəlki illərə nisbətən azdır. Ümumiyyətlə təqaüd üçün ayırılmış onlarla yer əvəzinə bu il sadəcə 9 yer.

Bu, əsasən 2020-2021-ci illər üçün verilən Fransa səfirliyi təqaüdlərinin sayının ümumilikdə 21 olması ilə əlaqədardır ki, bu da əvvəlki illərlə müqayisədə xeyli cəhd idi.

Bundan əlavə, bu təqaüdçülərin bir çoxunun 2021-2022-ci illərdə növbəti tədris ili üçün təqaüdlərinin yenilənməsi gözlənilir : 7 yer nəzərdə tutulub.

Bu səbəbdən, əslində 2021-2022-ci illər üçün təqaüd sayının əvvəlki illərə nisbətən aşağıya endirilmir və ümumilikdə 16 olacağı nəzərdə tutulur ki, bu da əvvəlki illərlə müqayisədə dəyişməz olaraq qalır (müstəsna hal kimi 2020-2021-ci il istisna olmaqla).

Bundan əlavə, azərbaycanlı tələbələrin müraciət edə biləcəyi çox sayda başqa fransız təqaüd proqramları var.

2021-ci ilin yanvar ayından etibarən Campus France Azərbaycan komandası bununla əlaqədar 20-dən çox onlayn məlumat seminarı təşkil etmişdir. Bu vebinarlar Fransa universitetlərinə necə müraciət edəcəyinizi və təqaüdü necə qazanacağınızı izah edir.

Həqiqətən, onlarla fransız təqaüd proqramı var (IDEX, Eyfel, IFP, ISITE, Foundation INP və s.).

Məsələn, 2020-2021-ci il üçün beş azərbaycanlı tələbə EIFFEL mükəmməllik təqaüdünə layiq görülmüşdür.
Daha çox məlumat və növbəti məlumat sessiyamıza qeydiyyat üçün 
bakou@campusfrance.org ünvanına müraciət edin.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow