MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

ENA-dan (Milli İdarəetmə Məktəbi) qısamüddətli təlim təklifi: QHT-lər üçün müraciət çağırışı.

2021-ci ildə Paris Ali İdarəçilik Məktəbi (ENA) bir sıra təlimlər təşkil edir. Fransa Səfirliyi, öz sahəsində inkişaf etmək istəyən qeyri-hökumət təşkilatlarının nümayəndələrinə yönələn bəzi təqaüdlər irəli sürür. 

Onlayn seminar şəklində aparılan təcrübələr aşağıdakı mövzulara aiddir :  

 

Tarix

Təlim

Dil

Format

17-21 may

İnsan resurslarının idarə edilməsi və ictimai xidmətdə idarəetmə

fransız

Onlayn

18-21 may

Ətraf mühitin qorunması: Avropa Birliyinin tənzimləyici yanaşması

fransız

Onlayn

21-25 iyun

Avropa Birliyi daxilində və Avropa Birliyi ilə danışıqlar

ingilis

Onlayn

5-9 iyul

Dövlət büdcəsinin hazırlanması və icrası

fransız

Onlayn

5-9 iyul

Dövlət idarəetməsi islahatları

ingilis

Onlayn

6-10 sentyabr

Parlament işinin təşkili : Parlamentin nəzarət funksiyası

fransız

Onlayn

Namizədlərin dosyaları təlimin başlanma tarixindən ən azı ay yarım əvvəl ENA-ya göndərilməlidir. Namizədlər seçim müsahibəsi üçün Səfirliyə dəvət olunacaqlar. Daha sonra sənədlər nəzərdən keçirilmək üçün ENA-ya göndəriləcək.. 

 

Namizədlərin yaşı 45-dən yuxarı olmamalıdır, ən azı üç il iş təcrübələri və ən azı dörd illik ali təhsilləri olmalı və onlar mütləq, seçilmiş təlimə uyğun olaraq fransız və ya ingilis dilində danışmalı və başa düşməlidirlər. 

 

Müraciət edənlərin sənədləri ən geci 1 aprel 2021-ci il tarixinə qədər Fransa səfirliyinin Mədəniyyət və Əməkdaşlıq Müşaviri cənab Jerom KEL adına göndərilməli (Bakı şəhəri, Rəsul Rza küçəsi, 9) və aşağıdakı kimi tərtib edilməlidir:

 

  • - CV (fransız və ya ingilis dilində);
  • - Namizədin seçdiyi təlimi təqdim edən motivasiya məktubu (fransız və ya ingilis dilində);
  • - İş haqqında arayış;
  • - Ən az B2 və ya B1 səviyyəsində fransız dili (DELF və ya TCF)və ya B2 səviyyəsində ingilis dili (TOEFL, IELTS) sertifikatı.

 

 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow