MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fransada tibb təhsili : 15 yanvar 2021-ci il tarixinədək müraciətlər açıq elan olunur./

Fransa, fransızdilli əcnəbi tibb tələbələri və səhiyyə işçiləri üçün tibb kursları təklif edir. 


2020-2021-ci tədris ili üçün ixtisaslaşmış tibb təhsili (DFMS) və dərin ixtisaslaşmış tibb təhsili diplomlarına qeydiyyat üçün sənəd qəbulu başlandı !


DFMS və DFMSA sistemi, xarici həkim və ya əczaçılara (doğma ölkələrində və ya yaşadıqları ölkələrdə tibb və ya əczaçı fəaliyyətinə imkan verən diplom sahibi olan mütəxəssislər) Fransada ixtisaslaşma kursu (nəzəri təhsil və praktiki təlim stajları) keçməyə imkan yaradır.


Azərbaycanlı namizədlər 15 yanvar 2021-ci il tarixinədək Campus France Azərbaycan bürosuna (Azərbaycan fransız institutu, Füzuli küçəsi 67, Bakı, AZ1014) öz müraciət dosyelərini təqdim edə bilərlər. Diqqət : Campus France bürosu hal-hazırda məsafəli iş rejimdə çalışır. Buna görə, poçtla sənəd göndərmək lazım deyil. Bizim şöbə ilə əvvəlcədən əlaqə saxlamağınız xahiş olunur (əlaqə vasitələri aşağıda, məqalənin sonunda qeyd olunub). 
 
Müraciət dosyesini Strazburq Universitetinin tibb fakültəsinin saytından əldə edə bilərsiniz :


http://med.unistra.fr/fre/Formations/3eme-cycle/DFMS-DFMSA

Aşağıdakı xüsusiyyətlərə malik olan namizədlər DFMS/DFMSA proqramına müraciət edə bilər :


- Doğma ölkələrində və ya yaşadıqları ölkələrdə tibb və ya əczaçı fəaliyyətinə imkan verən diplom ;


- doğma ölkələrindəki və ya yaşadıqları ölkədəki ixtisaslaşmış tibbi və ya əczaçılıq təhsilini davam etdirən və DFMS üçün 1 noyabr 2020-ci il tarixinə qədər xəstəcana fəaliyyətini yerinə yetirməsi üçün ən azı iki semestri olan ; 


- DFMSA üçün doğma ölkələrində və ya diplom aldıqları ölkədə öz sahələri üzrə fəaliyyətlərinə imkan verən tibb və ya əczaçılıq diplomu ; 


- B2 fransız dili səviyyəsi. 


Müraciətlərin qəbulu üzrə nəzarəti həyata keçirmək yalnız Strasburq Universitetinin məsuliyyətindədir.
 
Bu dosye, 15 yanvar 2021-ci il tarixindən əvvəl Azərbaycan Fransız İnstitutunun (Füzuli küçəsi 67, AZ1014, Bakı) nəzdində fəaliyyət göstərən Campus France bürosuna, büro üzrə koordinator Mollayeva Mədinə xanıma ünvanlanmalıdır.


Hal-hazırda Campus France bürosunun məsafəli iş rejimində çalışmasını nəzərə alaraq, mümkün olduğu təqdirdə, müraciətinizin yerində təqdim olunması üçün görüş  təyin edilməsi və ya dosyenizin onlayn şəkildə göndərilməsi üçün telefon və ya e-mail vasitəsilə əvvəlcədən əlaqə saxlamağınız xahiş olunur.
 

bakou@campusfrance.org
  
+ 994 (0) 12 596 35 82
+ 994 (0) 51 207 02 95
 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow