MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

« Şanxay 2020 » dünya universitetlərinin reytinqi : Fransa dünya üzrə 3-cü yerə yüksəlib/Classement « Shanghai 2020 » des universités dans le monde : la France se hisse au 3e rang mondial

Hər il Şanxay, QS, və Times Higher Education reytinqi dünyanın ən yaxşı universitetlərini siyahıya alır. Fransa məşhur Şanxay reytinqində 3-cü yerə yüksəlib.

Mətn : « Ali təhsilimizin və tədqiqatımızın keyfiyyəti nəhayət öz həqiqi səviyyəsində beynəlxalq aləmdə tanınır » - Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Fransanın, ABŞ və Böyük Britaniyadan sonra ilk 20 sıralamasında dünya üzrə üçüncü sırada olduğu « Dünya Universitetlərinin Akademik Reytinqi »nin, başqa sözlə « Şanxay reytinqi »nin nəticələrini bu ifadələrlə alqışladı. 

Bu reytinqdə təhsil müəssisələrimizin bu performansı, Fransanın dünya və Avropa səviyyələrində ali təhsil və tədqiqat sahələri üzrə qabaqcıl bir ölkə olaraq mövqeyini gücləndirir. Fransa xüsusilə riyaziyyat, ətraf mühit elmləri, fizika elmləri və menecmentlik sahələrində olan yüksək təhsil səviyyəsi ilə fərqlənir. Bu baxımdan qeyd etmək lazımdır ki, müəllim və məzunların aldıqları Nobel mükafatı və Field medallarının sayı bu reytinqdə yer alan əsas göstəricilərdən biridir.

Bu reytinqdə 1-ci fransız universiteti, 3-cü avropa universiteti (Kembric və Oksforddan sonra) və dünyanın ən yaxşı 14-cü universiteti kimi seçilən məhz Paris-Sakle Universitetidir.

Hər zaman olduğu kimi ilk 100-lükdə yer alan daha 4 fransız universitetləri də həmçinin sıralamada fərqli mövqe tutublar : Humanitar elmlər və ədəbiyyat üzrə Paris Universiteti (36-cı yer), Sorbon Universiteti (39-cu yer), Paris Universiteti (65-ci yer) və Qrenobl Alp Universiteti (99-cu yer).

 

 

classement

Chaque année, les classements de Shanghai, QS, et du Times Higher Education recensent les meilleures universités du monde. Le France  se hisse en 3ème position du célèbre classement Shanghai. 

« La qualité de notre enseignement supérieur et de notre recherche est enfin reconnue internationalement à son vrai niveau ». C’est en ces termes que le Président de la République française, Emmanuel Macron, a salué les résultats du classement de l' Academic Ranking of World Universities , autrement dit le « Classement de Shanghai », dans lequel la France est positionnée au troisième rang mondial dans le Top 20 du classement, après les Etats-Unis et la Grande-Bretagne.

La performance de nos établissements dans ce classement conforte la place de la France en tant que pays de tout premier plan aux niveaux mondial et européen en matière d’enseignement supérieur et de recherche. La France se distingue tout particulièrement dans les mathématiques, les sciences de l’environnement, les sciences physiques et le management. Notons à cet égard, que le nombre de prix Nobel et de médailles Field obtenus par les professeurs et les diplômés figure parmi les principaux indicateurs retenus par ce classement. 

C’est l'Université Paris-Saclay qui est en tête comme la première université française du classement, la 3ème européenne (après Cambridge et Oxford) et la 14ème meilleure université mondiale. 

Toujours dans le Top 100, 4 autres universités françaises sont également distinguées : l'Université Paris Sciences et Lettres (36ème place), Sorbonne Université (39ème), l'Université de Paris (65ème) et l'Université Grenoble Alpes (99ème).

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow