MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Ustadın əhatəsində

1 mart 2017-ci il tarixində Azərbaycanda Fransız İnstitutunda (IFA)  “Fotoqrafiya sənətində müasir aspektlər” layihəsi çərçivəsində Azərbaycanın tanınmış fotoqrafı Sənan Ələsgərovun  “Ustadın əhatəsində “ adlı mühazirə keçiriləcəkdir. Fotoqrafiya sənətinin aktual məsələlərinə və inkişaf tendensiyalarına həsr olunacaq mühazirədə S.Ələsgərov şəxsi təcrübə və görüşlərini bölüşəcəkdir. 

“Jozef Koudelkinin iki səfəri,ustad ilə iki səyahət. O heç bir şey göstərmir, heç bir şey öyrətmirdi. Mən sadəcə ustadın yanında, onun ilhamının qanadı altındaydım. Mənə başqa reallıq açılmışdı. Ətraf aləm dərk edilir, müxtəlif vəziyyətlər əvvəlcədəm məlum olurdu. Jozef ilə səfərdə olmaq, gözəgörünməz kimi olmaq, onun yanından uzaq olmaqdır. Mane olmamaqdır. Onun təsiri birbaşadır. İşləmək istəyirsiniz: görmək və çəkmək. Mən ustadın işini, həyata baxışını hiss edib, başa düşüb qəbul edəndə, xüsüsi bir şeylər baş verir, sanki sehr kimi: öyrənirsən. 

Böyük insanlar ilhamlandırır! Və münasibət, anın vacibliyi, mövqe, hörmət və qəbullanmamaq kimi bir çox məqamlar ortaya çıxır ki, işə olan imanı və öyrənməyə olam meyli gücləndirir.Səyahət materialın yığılması və onunla işləməkdir. Bəlkə də, hər zaman faktiki olmasa da, dünyanı və özünü onda dərk üçün çox mühümdür. 
Mən dünya şöhrətli Magnum agentliyinin üzvü, böyük fotoqraf və gözəl insan, Jozef  Koudelkonun Azərbaycana səfəri haqqında danışmaq istəyirəm.
Həyat ideala can atma kimi sonsuz prosesi öyrənməkdir.“

Mühazirə martın biri saat 19:00-da başlayacaqdır. Davam etmə müddəti iki saat, mühazirənin dili rus dilidir, fransız dilinə tərcümə nəzərdə tutulmuşdur.
“Fotoqrafiya sənətində müasir aspektlər” layihəsi fotoqrafiya ustadları ilə ictimai müzakirələr, görüş və mühazirələr vasitəsi ilə bu sahəyə xas əsas xüsusiyyətləri və aktual məsələləri, eləcə də sosial və bədii fenomen kimi fotoqrafiyanı hərtərəfli nəzərdən keçirmək məqsədi daşıyır.  Mart ayı ərzində üç Azərbaycan fotoqrafı Sənan Ələsgərov, Eldar Əkbərov və Rüfət Abas ilə keçiriləcək mühazirələr silsiləsi peşəkar auditoriyaya və geniş kütləyə fotoqrafiyada estetik məsələlər, texnika keyfiyyəti və fotoqrafın bir rəssam-ustad kimi təhlili ilə bağlı mövzulara toxunmaq imkanı verəcək. Bu üç fotoqraf auditoriyanı sadəcə nəzəri biliklər dünyasına aparmaqda qalmayacaq, eyni zamanda şəxsi təcrübələrindən danışacaq, onların “şəxsi əhatəsinə” girməyə imkan yaradaraq, yaradıcılar və tamaşaçılar arasında dialoqun baş tutmasına xidmət edəcək.
 
Bu layihə İnisiativ Kuratorlar Birliyi (ICU) və Azərbaycanda Fransız İnstitutunun (IFA) tərədaşlığı ilə “Azərbaycanda mədəniyyət laboratoriyasının yaradılmasına texniki dəstək” layihəsinin bir hissəsi olaraq keçirilir. Layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə “Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda Regional İncəsənət və Mədəniyyət Layihəsi” çərçivəsində reallaşdırılır.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow