MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

« Yupuqondan Aya » filmin nümayişi

Aya de Yopougon

İFA-nın kiçik Kino Klubu sizi Gənc Frankofon Kinosevərlərin Mükafatı müsabiqəsi çərçivəsində seçilmiş kinoları kəşf etməyə dəvət edir. Filmlərə baxaraq onlara səs verin və Video tənqid müsabiqəsində iştirak edin.

11 yanvar cümə axşamı saat 18:30
Marqörit Abuenin və Kleman Ubrerinin Yupuqondan Aya (2012) filmi
Film fransızca rus alt yazıları ilə nümayiş olunacaq.

Giriş yalnız kitabxana yaxud kurslardan qeydiyyatdan keçənlər üçün!

Yupuqondan Aya, Marqörit Abue və Kleman Ubreri (2012)

Kot-d'İvuar, 70-ci illərin sonlarında Abican şəhərinin Yupuqon rayonunda 19 yaşlı Aya yaşayır. O, evdə dərsləri ilə məşqul olmağı dostları ilə birgə gəzməkdən üstün tutur. Onun gündəlik həyatı məktəb ailə və iki rəfiqəsi Adjua və Bintudan ibarətdir. Diqqətsizlikdən hamilə qalan Adjuanın hekayəsi işləri korlayır. Nə etməli ?

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow