DİPLOM VƏ SERTİFİKATLAR

YARAT Freestyle: "Fikirlər gecəsi"

Fikirlər gecəsi: "Təxəyyülün hökmranlığı" – "Memar, sənətkar və vətəndaş: şəhəri düşünmək"

İnstitut Français (Fransız İnstitutu) 25 yanvar tarixində dünyada eyni gündə keçirilən "Fikirlər gecəsi"nin (Nuit des İdées) 2-ci buraxılışını təqdim edir. Bu tədbir intellektualları, tədqiqatçıları, sənətkarları və "Təxəyyülün hökmranlığı" mövzusunda qərarverici məsul şəxsləri bir araya toplayır.

Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycan Fransız İnstitutu Sizi, yanvarın 25-i, 19:00-22:00 saatlarında keçiriləcək, "Memar, sənətkar və vətəndaş: şəhəri düşünmək" mövzusu ətrafında müzakirələrdə fəal iştirak etməyə dəvət edirlər. 

Son onillikdə iqtisadi inkişaf sayəsində Bakının siması tamamilə dəyişilib. Yeni müasir yaşayış məntəqələri və xüsusi üslubda tikilən mədəniyyət ocaqları buna bir nümunədir. "Fikirlər gecəsi – 2018" Bakı əhalisinin artımı və şəhərin genişlənməsi nəticəsində yaranan yeni perspektivlər və layihələr haqqında müzakirələr aparmağı təklif edir. Tədbir boyunca şəhərin bu günü və sabahı, eləcə də cəmiyyətdə əlverişli yaşayış şəraiti yaratmaq bacarığı haqda danışılacaq.

Sənətkarları, memarları, şəhərsalma mütəxəssislərini, tələbələri və bu mövzu ilə maraqlanan bütün insanları, Bakı şəhərinin inkişafı və mədəni irsinin qorunmasında təxəyyülün yeri və rolu haqda debatlara dəvət edirik.

Müzakirələr Azərbaycan və rus dillərində aparılacaq (fransız dilinə sinxron tərcümə ilə)

Moderator: Fransanın Azərbaycandakı səfirliyinin mədəni işlər üzrə müşaviri Yoan Şitterer

Çıxış edənlər: 

Jan-Pyer Buffi – fransız memarı, Buffi Associés Memarlıq və şəhərsalma Agentliyin təsisçisi və direktoru
Andrea Dö Fransi : fransız memarı
Elçin Əliyev – memar, Baku Memarlıq Klubunun rəhbəri, Bakının mərkəzi küçələrinin yenidən qurulması layihələrinin məsul şəxsi
Sabina Şıxlinskaya – Sənətkar və sərgi kuratoru
Müslim İmranlı – "Pillə" memarlar və şəhərplanlayıcılar təşkilatının nümayəndəsi

25 yanvar, 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi 
Giriş sərbəstdir

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow