MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Frankofoniya həftələri 2017 proqram

ŞƏNBƏ 1 APREL, 19.00
Azərbaycan -  Yunan -  Fransız musiqisi  konserti Qoçaq  Əsgərov (Azərbaycan), Eleni və Suzana Vugiukli (Yunanıstan) və Pyer dö Treqomən (Fransa) 
Bilet : 50AZN
Muğam Mərkəzi

BAZAR  ERTƏSİ 3 APREL, 18.00
KONSTANTİN BRANKUZİNİN fotosərgisinin açılışı.
Sərgi rumın heykəltəraşı Konstantin Brankuzinin ölümünün 70 illiyi münasibətilə, rəssamın həyat və yaradıcılığına həsr olunur. 
3-9 aprelə qədər
Fransız İnstitutu

ÇƏRŞƏNBƏ 5 APREL, 18.00 
2007-ci ildə yaradılan Azərbaycanın yeganə frankofon qəzeti « Le Carrefour » qəzetinin təqdimatı
Fransız İnstitutu

CÜMƏ AXŞAMI 6 APREL, 19.00
Meksikanın Azərbaycandakı Səfiri Cənab Rodriqo Labardinin təqdimatında konfrans: « MEKSİKA, FRANSA VƏ FRANKOFONİYA »

Meksika və Frankofoniya iki tamamilə fərqli anlayışlar kimi görünə bilərlər. Bir tərəfdən, Meksika ispandilli bir ölkədir, digər tərəfdən isə Meksika ilə fransızdilli ölkələr arasında böyük məsafə var. Yalnız birinin fikirləşə biləcəyinin əksi olaraq, Meksika və Frankofoniya anlayışı mədəni müxtəliflik, dözümlülük və plüralizm kimi birgə dəyərləri bölüşürlər. XIX əsrin ortaları, XX əsrin əvvəli daxil olmuş fransız mədəniyyəti Meksikada memarlıq, mətbəx, dəb və əlbəttə ki, ədəbiyyat və fransız dilinin istifadəsi kimi sahələrdə, Meksikanın ictimai həyatında öz əksini tapmışdır. 
Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini öz məruzəsində Meksikanın müstəqillik illərində fransız mədəniyyətinin təsirinə qısa, lakin dəqiq baxış keçirəcək; onun XIX əsrin ortalarında ispan və ingilis təsirlərinin mövcudluğunda yer alması və XX əsrin ilk onilliyi ərzində möhkəmlənməsi. Səfir Meksika memarlığı, mətbəxi və ədəbiyyatında fərqləndirici fransız cizgilərini təsvir edəcək və bunun əsasında iştirak edənlər üçün ölkədə fransız dilinin vacibliyi haqqında ümumi panorama yaranacaq. Hal-hazırda Meksika Frankofoniya üzrə Beynəlxalq Birliyinin Müşahidə Dövləti və fransız dilini öyrənən tələbələrin yüksək sayına görə Latın Amerikasının lider ölkəsidir.
 Fransız İnstitutu

CÜMƏ 7 APREL, 14.00 
İsveçrədən Parkur üzrə Master Klass

İsveçrə Səfirliyi aprel ayının 7-si və 8-də iki tədbir təşkil edir. 
Lozannada yerləşən «X-Trem Move» İsveçrə idman assosiasiyasının iki idmançısı cənab Kevin Krupi və cənab Yoann Roiq parkur adlanan idman növünün nümayişi üçün Bakıya dəvət olunublar.Bu idman növündə divar, baryerlər, ağaclar və ya pilləkanlar kimi şəhər elementlərindən maneə kimi istifadə olunur. Bu maneələrdən idmançılar hərəkətin müxtəlif növləri – qaçış, dırmanma, yellənmə, tullanma, təkanvermə və sairdən istifadə edərək mümkün qədər effektli və sürətlə keçməlidirlər. Bu idman növü 1980-ci illərdə hərbi maneə təlimlərinin verdiyi ilham nəticəsində yaranıb və bu gün artıq akrobatik ekstremal idman növüdür.
Lozanna (İsveçrə) şəhərinin « X-Tram Move » assosiasiyasının nümayəndələri Kevin Krupi və Yoann Roiq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında PARKUR və FREERUN üzrə master klass təqdim edəcəklər. Tələbələr idmançılar kimi maneələrin üstündən və  arasından rahat keçməyin əsas üsüllarını öyrənəcəklər. Tədbir xüsusi olaraq tələbələr üçün nəzərdə tutulub

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
FRANKOFONIYA FILMLƏRI FESTIVALI ÇƏRÇIVƏSINDƏ :

CÜMƏ 7 APREL, 19.00
Rumın kinosu, “TWO LOTTERY TICKETS” (2016), Pol Neqosku Janr : fantastika
Müddət: 86 dəqiqə
Dil: Film rumın dilində fransız subtitrləri ilə nümayiş etdiriləcək

Kiçik bir kənddə yaşayan üç uşaq - Dinel, Şile və Pompiliu  lotereyada böyük uduş qazanırlar, lakin bilet yoxa çıxır. İtmiş bileti  tapmaq üçün  onlar səyahətə yollanırlar.

Landmark Cinema 

CÜMƏ 7 APREL, 19.00
TAPMACA AXŞAMI, Bakou Francophone assosiasiyası ilə
Sevinc və gözəl yumor hissində  keçiriləcək müxtəlif  və fərqli sınaqlarda  tək və ya dostlarınızla birlikdə iştirak edərək  Frankofoniya ölkələri  və fransız dilinə aid biliklərinizi  yoxlayın. Qalib komanda üçün "Fireland" şərabı!

Sifariş 3 aprel tarixindən əvvəl edilməlidir
Ödəniş 25 azn : şənliyə bufet [qəlyanaltı] daxildir.

Əlaqə : Mirto -  bakou.fr@gmail.com
Paris Bistro

ŞƏNBƏ 8 APREL, 10.00 – 18.00 
Belçika günü, Azərbaycandakı Fransız İnstitutu
Belçika ədəbiyyatı, musiqisi və kinosuna aid mövzular ətrafında tədbirlər. 
Fransız İnstitutu

ŞƏNBƏ 8 APREL, 15.00
İsveçrə səfirliyi tərəfindən təklif edilən AÇIQ HAVADA PARKUR VƏ FREERUN 
Lozanna (İsveçrə) şəhərinin « X-Tram Move » assosiasiyasının nümayəndələri Kevin Krupi və Yoann Roiq, Gilavar Ekstremal İdman Klubunun iki üzvü Həsən Məmmədzadə və Ayaz Qurbanovun müşayiəti ilə heyratamiz mənzərəsi və YUNESCO-nun qoruduğu tarixi qoruq hesab edilən İçəri şəhərdə - Qız Qalasının düz qarşısında açıq havada inanılmaz parkur şousu göstərəcəklər. Giriş sərbəstdir 
İçəri şəhər, Qız qalasının qarşısı 
FRANKOFONIYA FILMLƏRI FESTIVALI ÇƏRÇIVƏSINDƏ :

ŞƏNBƏ 8 APREL, 19.00
Mərakeş kinosu, “İbn-Bəttutənin böyük səyahəti: Tanjerdən Məkkəyə qədər”, Brus Neybor (2009). 
XIV əsr mərakeş tədqiqatçısı İbn Battutanın Tanjerdən Məkkəyə qədəri ilk ziyarəti haqqında film
Janr : Sənədli film     Müddət: 40 dəqiqə
Dil:  Film inglis dilində fransız subtitrləri ilə nümayiş etdiriləcək

İbn Battua tarixin ən tanınmış tədqiqatçılarından biridir. XIV əsrin tanınmış mərakeşli səyyahı 1325-ci ildə ekspedisiya qrupu ilə islamın tarixi və mədəni mərkəzi olan Məkkəyə səyahətə başlayır. O, Qərbi Afrikadan, İspaniyanadan, Hindistandan Çinə və Maldiv adalarına qədər səyahət etdikdən 29 il sonra öz vətəninə dönmüş və bununlada səyahəti zamanı 120000 kilometr məsafə qət etmişdir, bu isə Marko Polonun qət etdiyi məsafədən 3 dəfə daha artıqdır.
Ibn Battutanın məşhur səyahəti 1325-1326-cı iilərdə Tanjerdən Məkkəyə qədər olan ziyarəti XIV-cü əsr İslam sivilizasiyanının zəngin tarixini əks etdirir. Mənzərələrin gözəlliyi, səyahətin mənası və epik xarakteri sonsuzdur.

Landmark Cinema

BAZAR 9 APREL, 11.00
Gənclik klubu tərəfindən təşkil edilən UŞAQLAR ARASINDA 15-Cİ BEYNƏLXALQ ŞAHMAT TURNİRİNİN AÇILIŞI.
Turnirdə Azərbaycan, Qazaxıstan, Fransa, Russiya, Ukrayna və İsraildən 42 gənc şahmatçı iştirak edəcək. Qalib Fransanın Metz şəhərində təşkil ediləcək şahmat turnirində iştirak şansı qazanacaq. 
9- 15 Aprel 
Landmark – 20-ci mərtəbə 

BAZAR 9 APREL, 18.30-dan etibarən 
« Baş aşpazların toplantısı » nahar təqdimatı

Dörd böyük avropalı baş aşpaz yeməksevərlər üçün qeyri-adi bir nahar yeməyi təqdim etmək üçün bir mətbəxdə toplanacaq. Paris Bistrodan Tibo BERA (Fransa), El Portalondan Franko KİKÖ (İspaniya), Toscadan Ciovanni TAVOLARO (İtaliya), Movidadan Dani ALAMnın (Livan) iştirakı ilə.
Nahar (kokteyl + 5 menüdən ibarət yemək) 95 AZN. 
Məlumat və sifariş üçün : 012 3103310 

Intourist Hotel Baku

FRANKOFONIYA FILMLƏRI FESTIVALI ÇƏRÇIVƏSINDƏ :
 BAZAR 9 APREL, 19.00

Macar kinosu,“FERENTS PUŞKAŞ”, TAMAS ALMASİ (2009) Janr : Sənədli film         Müddət : 115 dəqiqə Dil: Film macar dilində fransız subtitrləri ilə nümayiş etdiriləcək   
Bu, Macarıstanın ən tanınmış  futbolçularından biri olan Ferents Puşkaş haqqında sənədli filmdir. O, Golden Team-in kapitanı olmuş, 1952-ci ildə Olimpiya Oyunlarında qalib gəlmiş,1954-cü ildə isə Dünya Çempionatında iştirak etmişdir. Komandasi Uembli stadionunda İngiltərə yığmasına 6:3, Budapeştdə isə 7:1 hesabı ilə qalib gəlmişdir. 1956-ci ildə o, Macarıstanı tərk edərək İspaniyada yaşamış və əfsanəvi komandası ilə bir çox çempionat və kubok qazanmışdır. Daha sonra isə o, İspaniya milli komandasında çıxış etmiş və İspaniya, Yunanıstan və Avstraliya yerli komandalarında baş məşqçi qismində çalışmışdır. Hər dəfə o, kədər hisləri ilə Macarıstandan kənarda mühacir həyatı sürdüyünü bildirirdi. 1993-cü ildə Macarıstan hökuməti tərəfindən tam əfv edilərək sonra Macarıstana dönmüş və futbol üzrə milli komandanın iki dəfə baş məşqçisi olmuşdur. O, hər zaman siyasətdən, müharibədən kənar duraraq, yalnız futbol haqqında fikirləşmişdir. Məhz bu xüsusiyyətinə görə o, hər yerdə, Macarıstanda, İspaniyada,Yunanıstanda və Avstraliyada çox sevilirdi. Filmin rejissoru Tamas Almasi onun haqqında söz açaraq bildirmişdir ki, o hər zaman özünü macar hesab etmiş və düyanın ən məşhur macarı kimi yaddaşlarda qalmağı bacarmışdır. Onun adı Macarıstan deməkdir.

Landmark Cinema 

BAZAR ERTƏSİ 10 APREL, 19.00
« ŞƏRQİN MACAR TƏDQİQATÇILARI » sərgisinin açılışı. Tanınmış macar tədqiqatçılarının Şərq dünyasınıdakı həyat və yaradıcılıqları

Şərq, macarlar üçün hər zaman coğrafi məkandan daha artıq məna kəsb etmişdir. Belə ki, onlar şərq mənşəli olduqlarını  bilərək  Asiya xalqlarını həmişə  qohumları və dostları hesab etmişlər. Macarıstan tarixinin uzun dövrlər şərq xalqları ilə birgə yaşayış və mübadilə əsasında formalaşmış və buna görə də şərqşünaslıq Macarıstanın akademik səviyyəsinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Tədqiqatın məqsədi Macar xalqının mənşəyi və tarixinin öyrənilməsi olmuşdur və bu məqsəd macar alimlərində Şərq xalqlarının dilini, dinlərini və ənənələrini öyrənmək həvəsi yaratmışdır. Macarıstan səyyahlarının və alimlərinin  dünyanın bir çox coğrafi ərazilərinə səyahətləri, bir neçə qitənin coğrafiyasının, geologiya, etnologiya, zoologiya və botanikasının öyrənilməsində mühüm rol oynamışdır.
Macarların Şərqə olan marağı yalnız elmlə məhdudlaşmamışdır. Şərq dünyasının tədqiqatı bir sıra  ədəbiyyat, incəsənət və musiqi əsərlərinin yaranmasına təkan vermiş və beləliklə çox sayda  Şərq rəssamlarının işləri uzun zamandan bəri  Macarıstanda tanınmağa başlanmışdır.
Macar  Şərqşünaslıq elminin  məqsədi  həmişə mədəni və elmi bağlar vasitəsilə xalqlar arasında anlayışı yaratmaqdan ibarətdir. Sərgi, coğrafi ərazilər üzrə bölünmüş 12 şəkildən  ibarətdir. Hər bir şəkil ən tanınmış macar tədqiqatçısının həyat və fəaliyyətini nümayiş etdirir.

10-13 Aprel
Fransız İnstitutu

FRANKOFONIYA FILMLƏRI FESTIVALI ÇƏRÇIVƏSINDƏ :

BAZAR ERTƏSİ 10 APREL, 19.00
Litva kinosu « EYVAN», Qidr Beynoriyut (2008) Janr: Fantastika Müddət: 48 dəqiqə Dil: Film litva dilində fransız subtitrləri ilə nümayiş etdiriləcək  80-ci illərin əyalət şəhəri. Valideynləri ayrılandan sonra 11 yaşlı Rolanas atası ilə birlikdə həmyaşıdı Emiliyanın yaşadığı evin yanındakı bir mənzilə köçür. Uşaqlar arasında dostluq əlaqələri yaranır, lakin utancaqlıq və bir-birinə yaxınlaşmaq qorxusu onları eyvanda oturub evlərinin divarları vasitəsilə ünsiyyət qurmağa məcbur edir. Emilinin də valideynlərinin boşanmaq astanasında olduğu aydın olur. Uşaqlar özlərinə aid mövzuları müzakirə edirlər. Təəssüf ki, baş vermiş faciəli bir qəza Emilinin eyvana çıxmasına əngəl yaradır. Belə bir vəziyyətdə hər iki uşaq real həyatda görüşməyə qərara alır.

Landmark Cinema

ÇƏRSƏNBƏ AXŞAMI, 11 APREL, 19.00 
Fransız kinosu, « PARİS », Sedrik Klapiş (2008) Janr : Dramatik komediya     Müddət: 123 dəqiqə Dil: Orijinal  fransız dilində  və ingilis  subtitrlərlə  Bu film xəstə və ölüm ayağında olan Paris sakininin həyatı haqda bəhs edir. Onun vəziyyəti həyatda rastlaşdığı insanlara baxışını dəyişir. Ölüm qarşısında olduqda hər kəsin həyatı bir anda daha dəyərli olur. Bostançılar, şirniyyatçı, rəqqas, memar,  evsiz insan,  sosial idarə işçisi, model…bütün bu insanlar bu şəhərdə və bu filmdə birləşirlər.
Siz düşünə bilərsiniz ki, burada qeyri adi heçnə yoxdur, ancaq hər birinin yeganə və dəyərli olan həyatı var. Siz fikirləşə bilərsiniz ki, onların həyatları çox cılız və əhəmiyyətsizdir, lakin onlar üçün bu dünyada ən vacib olan həyatlarıdır.

Müasir İncəsənət Mərkəzi Yarat

CÜMƏ AXŞAMI 13 APREL, 19.00
« XƏSİS », MOLYER.  FELİKS LİBRİS 
 Öz unikal səsi ilə Feliks Libris Xəsis tamaşasını səhnədə tək olaraq bir saat ərzində canlandıracaq. Heç bir dekorasiya və yardımçı vasitələr olmasa belə tamaşa emosiyaların intensivliyi, personajların ustalığı, zəriflik və yumor hissi ilə doludur. Bu ritmik və ehtiraslı tamaşadan növbə ilə Harpaqon, La Fleş, Marian, Valer, Eliz, Kleant, Frozine, Jak usta kimi  personajlar qarşımızda canlanır. Nəticə isə valehedicidir.

Dəvətnamə ilə
Salo Italian Restaurant - Landmark

CÜMƏ 14 APREL, 17.00
« XƏSİS », MOLYER.  FELİKS LİBRİS 
Öz unikal səsi ilə Feliks Libris Xəsis tamaşasını səhnədə tək olaraq bir saat ərzində canlandıracaq. Heç bir dekorasiya və yardımçı vasitələr olmasa belə tamaşa emosiyaların intensivliyi, personajların ustalığı, zəriflik və yumor hissi ilə doludur. Bu ritmik və ehtiraslı tamaşadan növbə ilə Harpaqon, La Fleş, Marian, Valer, Eliz, Kleant, Frozine, Jak usta kimi  personajlar qarşımızda canlanır. Nəticə isə valehedicidir.

Giriş sərbəstdir
Bakı Fransız Liseyi

ŞƏNBƏ 15 APREL, 14.30
« SOLO TEATR Master class, Les Livreurs » - Livreurs təşkilatı tərəfindən həyata keçirilən « Solo Teatr » Seminarı (2 saat ərzində keçiriləcək)

Bu atelye-seminar iştirakçılara Solo Teatra qoşulmağı təklif edir. Əsas məqsəd aktyorun yalnız səs vasitəsi ilə iştirakçılara bir saat ərzində teatr tamaşasının məzmununu çatdırmasıdır. Bu yeni təcrübə mətnlərə yeni bir nəfəs – tək bir ifaçının nəfəsini verir. Biz Molyerin « Xəsis » komediyasından hisslərin gücünü,  rolların məharətini, sözün gözəlliyini əks etdirən bir parça üzərində işləməyi təklif edirik. 
İştirak üçün rus və ya fransız dili biliyiniz yaxşı səviyyədə olmalıdır (oxuma və danışıq).
Daha çox məlumat almaq üçün bu linkə daxil olun Solo Théâtre. 

Feliks Libris Məlumat və sifariş üçün: bakou.fr@gmail.com
Müasir İncəsənət Mərkəzi Yarat

BAZAR 16 APREL, 18.30-dan etibarən 
« BAŞ AŞPAZLARIN GÖRÜŞÜ » Nahar təqdimatı 
Nahar (kokteyl + 5 yeməkdən ibarət kompozisiya) : 95 AZN
Məlumat və sifariş üçün : +994 12 310 33 10 
Intourist Hotel Baku

ÇƏRŞƏNBƏ AXŞAMI 18 APREL, 18.00
“MEMARLIQ HƏQİQƏTLƏRİ - MİSİR” SƏRGİSİNİN AÇILIŞI
Litvali fotoqraf Qiedrius Jokubauskisun fotosərgisi    “Memarlıq həqiqətləri-Misir” - Memarlıq həqiqətləri və Misirin gündəlik həyatının şəxsi təcrübə fonunda vizual təqdimatı vasitəsilə Misir həqiqətlərinin müxtəlif pillələrinə bir baxış. Bu ideyanın əsas istinad nöqtəsi olan şəhər mühiti və memarlıq, istənilən bir cəmiyyətin insan reallıqlarını ən yaxşı əks etdirən məqamlardır. Buna görədə, şəhər mənzərəsinin müxtəlif franqmentləri, müxtəlif binalar, qraffitilər ictimai reallığın əsas elementləri olaraq Misirin gündəlik həyatının personajlarıdır. Müxtəlif məqamlarda müəllifin nəzərləri insanla memarlıq arasında estetik reallıq yaradan şəhər panoramasından memarlığın xüsusi franqmentlərinə yönəlir. Bu həqiqətlər fonunda Misirin mədəniyyət, dini və siyasi reallıqları təhlil olunur.

18 - 23 Aprel
Art Tower Gallery

ÇƏRŞƏNBƏ 19 APREL, 19.00
MUSİQİLİ AXŞAM 
Paris Bistroda fransızdilli ifaçılar üçün səhnə. Qeydiyyat Azərbaycandakı Fransız İnstitutunda aparılır: ifa.bakou@gmail.com. Tədbir Bakou Francophone  tərəfindən təşkil edilən karaoke ilə davam edəcək. 
Paris Bistro

CÜMƏ AXŞAMI 20 APREL, 19.00
“MİSİR AZƏRBAYCANLI UŞAQLARIN GÖZU İLƏ” sərgisinin açılışı 6-16 yaş arası azərbaycanlı uşaqların Misir sivilizasiyasi və mədəniyyətini öz baxışları ilə əks etdirən rəsmləri. 
Fransız İnstitutu

ŞƏNBƏ 22 APREL, 14.00 - 18.30:
FRANSIZ DİLİ HƏFTƏLƏRİNİN VƏ FRANKOFONİYANIN RƏSMİ BAĞLANIŞ MƏRASİMİ 
On ölkə səfirlərinin iştirakı ilə (Belçika, Misir, Fransa, Yunanıstan, Macarıstan, Litva, Mərakeş, Meksika, Rumıniya və İsveçrə).  Müxtəlif səfirliklər tərəfindən frankofon süfrə : Ayrılmış köşklərdə hər bir səfirlik milli mətbəxlərini və incəsənət nümunələrini təqdim edərək frankofoniya dünyasının zənginliyini nümayiş etdirən  təamlardan dadmağı təklif edəcək.

Landmark – 20-ci mərtəbə
Rəsmi proqrama paralel olaraq, Frankofoniya Həftələri həmçinin Universitetlərdə də qeyd edilir: 
3-4 aprel - Frankofoniya Universiteti Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə Rəhbəri  Cənab Məhəmməd Ketatanın Azərbaycan universitetlərinə səfəri;
6 aprel - Azərbaycan Dillər Universitetinin tələbələrinin ifasında Molyerin “Xəsis” tamaşası;
20 aprel, saat 14.00 - Azərbaycan Dillər Universitetinin tələbələrinin ifasında Frankofoniya tamaşası;

Aprel ayı ərzində UFAZ-ın tələbələri Frankofoniya çərçivəsində təhsil müəssisələrində teatr, poeziya və ya  musiqi sahəsində istedadlarını nümayiş etdirəcəklər.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow