#ChanteEnFrançais (Fransız dilində mahnı oxu) müsabiqəsinə start verilir
Mayın 22-dən iyunun 9-dək Frankofoniya Festivalı çərçivəsində Alliances françaises, Campus France, Fransız İnstitutları və TV5 Monde ilə birgə Instaqramda #ChanteEnFrançais mahnı müsabiqəsinə start verildi. Sonda mükafat olaraq, 5 laureat 16-21 iyul 2024-cü il tarixlərində Fransa və Belçikada bədii səfərə dəvət olunacaqlar!
Dünyanın hər yerindən 18-27 yaş arası gənclər #ChanteEnFrançais, #SingInFrench, #CantaEnFrances və ya #غن_بالفرنسية haştaqlarından istifadə edərək fransız dilində öz yaradıcılıqlarını təqdim etməyə dəvət olunurlar.
Sonda mükafat olaraq, 5 istedadlı gənc Cité internationale de la langue française-də, Château de Villers-Cotterêts-ə bədii səfərə dəvət olunacaqlar. Onlar həmçinin 2024-cü il iyulun 16-dan 21-dək Belçikada Francofolies de Spa səhnəsində çıxış etməyə dəvət olunacaqlar.
Müsabiqənin laureatları aşağıdakıları əhatə edən müstəsna mükafatlar qazanacaqlar :
• İyulun 17-də Villers-Cotterêts-də Olimpiya məşəli estafetinin keçməsi anını yaşamaq,
• Qəsrin studiyasında bir musiqi parçasının yazılması,
• Fransız dilli səhnəni sevənlərə müstəsna konsert təqdim etmək üçün Francofolies de Spa səhnəsində çıxış etmək.
Müsabiqəyə həsr olunmuş internet səhifəsinə daxil olmaq üçün link