MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

77-ci Kan Film Festivalı

Bu il 77-ci Kan Film Festivalı 14 May Çərşənbə axşamı - 25 May Şənbə tarixləri ərzində baş tutacaq. 

 

Bu festival ilk dəfə 1946-cı ildə ilin ən yaxşı filmini, eyni zamanda, ən yaxşı rejissor/aktyor/aktrisa və s. seçmək üçün təşkil olunmuşdu. Bu festival Berlinal və Mostra Festivalı ilə birlikdə 3 ən mühüm Beynəlxalq Kinematoqrafiya festivallarından biridir. 

 

Hər il festival kino dünyasından ən yaxşı filmlərə, aktyorlara, rejissorlara və ya digər görkəmli şəxslərə istinad edən posterlər hazırlayır. 

Keçən ilki poster "La Chamade" ("Təslim olma") filmindən Katrin Denöv (Catherine Deneuve) adlı bir fotoqraf haqqında idi. Builki poster yaponiyalı rejissor Akira Kirosawa'nın "Rhapsodie en août" ("Rapsodiya" (Xalq mahnıları, nağıllar mövzusunda yazılan musiqi əsəri)) filmi haqqındadır. Bu film 1991-ci ildə bu festivalda nümayiş olunmuşdu. 

Bu film 1945-ci ildə Naqasaki bombardmanının qurbanı olan bir nənənin müharibəsiz bir dünyaya qarşı hörmətini və sevgisini nəvələrinə və qardaşı oğluna ötürməsindən bəhs edir. 

 

Qısacası, bu poster birlik və sülhə çağıran bir posterdir. 

 

Bu festival dünyanın hər yerindəki bütün film həvəskarlarını May ayı ərzində Kan şəhərinə dəvət edir!

 

affiche cannes

palme

palala

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow