MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

A2 sərgisində Campus France Azərbaycan ilə görüş

Həftə sonu A2 sərgisi münasibətilə Campus France Azərbaycan komandası Fransada təhsil almaqda maraqlı olan çoxsaylı azərbaycanlı tələbələrlə görüşməkdən məmnun oldu.

Fransa bütün sahələrdə həm fransızdilli, həm də ingilisdilli tələbələrə çoxsaylı təhsil imkanları təklif edir. Fransanın ali təhsil müəssisəsində təhsil almaq münasib qiymətə yüksək səviyyəli təhsilin və Azərbaycanda və digər yerlərdə əmək bazarında yüksək qiymətləndirilən beynəlxalq səviyyədə tanınan diplomun təminatıdır. Paris, Strasburq, Monpelye, Lion, Lil, Bordo və ya başqa şəhərlərdə təhsil almaq həm də dünyanın hər yerindən gələn tələbələrlə yanaşı fransız mədəniyyətini və dilini kəşf etmək, unudulmaz və zəngin təcrübə yaşamaq deməkdir.

 

Campus France veb saytına daxil olun və Fransada təhsil layihənizi təkmilləşdirmək üçün Azərbaycan Fransız İnstitutunda bizə baş çəkin.

Bu həftə sonu gəldikləri üçün bütün ziyarətçilərə bir daha təşəkkür edir və bildirmək istəyirik ki, Campus France Azərbaycan istənilən sualı cavablandırmaq üçün sizin ixtiyarınızdadır !

sfaf

sfaffr

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow