MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Paris 2024 Olimpiya və Paralimpiya Oyunlarının rəsmi afişası haqda məlumat

Bu ilki Olimpiya və Paralimpiya oyunlarının dayanacağı Fransadır. Belə ki, Paris 2024-ün rəsmi afişası artıq təqdim olunub və o, çoxsaylı simvol və detalları ilə Olimpiya ruhunu tam çatdıran əsl freskadır! 

 

Sözügedən afişa haqda bir neçə məlumatı təqdim edirik:

•Rəssam Ugo Qattoni rəsmləri kompüterdə qələmlə çəkmək üçün 2000 saatdan çox vaxt sərf edib

•Bu oyunlarda 29 olimpiya idman növü və 18 paralimpiya idman növü təmsil olunur. Hətta dırmanma və sörfinq də əlavə edilib.

• Ümumiyyətlə, oyunlara ev sahibliyi edən şəhərlər 2 afişa təqdim edirlər: biri Olimpiya, digəri isə Paralimpiya oyunları üçün.  Paris 2024 Oyunları üçün bu 2 afişa bir yerdə tək böyük bir şəkil yarada bilər.

•Afişada 40000 simvol var. Hətta orda 8 Frigiya (Olimpiya oyunları üçün Fransanın rəsmi simvolu) da təsvir olunub. Onları tapa bilərsinizmi?

•Tədbirlər müxtəlif yerlərdə keçiriləcək: Les Invalides (muzey, xəstəxana, nekropol) Binalar Kompleksi, Marsel şəhər limanı, Fransanın ən böyük futbol stadionu Stad dö Frans...

•Ümumiyyətlə, demək olar ki hər yerdə bir çox Olimpiya simvolu gizlənib. Biz, hətta, burda Olimpiyanın devizi, Mironun "Disk atan" heykəlini və, həmçinin, Olimpiya Oyunlarının yarandığı Stok Mandevil (Stoke Mandeville) şəhərinə aid nişanələr belə tapa bilərik. 

 

Bu afişa Olimpiya Oyunlarının gətirdiyi birliyi, ehtiras və enerjini təcəssüm etdirir və biz Parisin 2024-cü il oyunlarına ev sahibliyi edəcəyini görmək üçün səbirsizlənirik!

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow