MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Campus France Azərbaycan Begin Təhsil Sərgisində azərbaycanlı tələbələrlə görüşüb

Martın 10-da Campus France Azərbaycan komandası Fransada təhsil almaqda maraqlı olan bütün akademik təbəqələrdən olan azərbaycanlı gənclərlə görüşmək üçün Begin qrupun Hyyat Regency otelində təşkil etdiyi Begin Təhsil Sərgisində iştirak etməkdən zövq aldı.

 

« Choose France » stendinin animasiyası və ümumi təqdimat vasitəsilə ictimaiyyət (orta məktəb şagirdləri, tələbələr, gənc mütəxəssislər və s.) Fransada ali təhsilin təklifi və keyfiyyəti, Fransa ali təhsil müəssisələrinə, hətta azərbaycanlı tələbələr üçün nəzərdə tutulan təqaüdlərə qəbul şərtləri ilə tanış olmaq imkanı əldə edib.

 

30 və 31 mart tarixlərində A2 Təhsil Sərgisi (Hilton Hotel) çərçivəsində Campus France Azərbaycan komandasının növbəti iştirakını qaçırmamaq üçün @campus.france.azerbaidjan  Instagram səhifəsini izləyin!

1

2

3

4

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow