Azərbaycanlı gənc kadrlar üçün İNSP-də (keçmiş ENA) təlim təklifi
Fransanın Azərbaycandakı Səfirliyi gənc azərbaycanlı kadrlar (dövlət qulluqçuları, dövlət şirkətlərinin rəhbərləri və ya qeyri-hökumət təşkilatlarının nümayəndələri) üçün INSP-də (Milli Dövlət Xidməti İnstitutu, keçmiş ENA) qısamüddətli təlim təqaüdləri təklif edir.
Müraciət edənlərin sənədləri ən geci 15 mart 2024-cü il tarixinə qədər Fransa səfirliyinə, Əməkdaşlıq və mədəniyyət Müşaviri, Cənab Şarl Dönienin adına (Rəsul Rza küçəsi 9, AZ 1000) göndərilməlidir.
Daha ətraflı məlumat üçün BU SƏNƏDƏ keçid edin.