MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

“Hədis” qısametrajlı animasiya filmi 14-cü Paris Beynəlxalq Animasiya Film Festivalının qalibi olub

Böyük sevinc hissi ilə 14-cü Paris Beynəlxalq Animasiya Film Festivalının (PIAFF),“Tamaşaçı mükafatı”nı  “Hədis” filminə görə qazanan Nəzrin Ağamalıyevanı təbrik edirik. 

 

Sözügedən film ötən il Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycanda fransız İnstititunun tərəfdaşları olduqları « Animafilm » (animasiya filmləri) və « DokuBaku » (sənədli filmlər) Festivallarında təqdim edilmişdi. 

 

Paris Beynəlxalq Animasiya Film Festivalı Paris şəhərində keçirilən mədəni tədbirlə sırasında artıq bir neçə ildir ki əvəzolunmaz yerə sahibdir. Bu ilki buraxılış 16 yanvar çərşənbə axşamıdan 21 yanvar bazar gününədək Ursulines kino zalında baş tutmuşdur. 

 

“Tamaşaçı mükafatı”nın qalibləri bu il Azərbaycanlı rejissor Nəzrin Ağamalıyeva və Ermənistanlı rejissor Armine Anda ( (« Çırpışan yarpaqların nəğməsi ») olublar. 

hadis 1

hadis 2

hadis 3

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow