MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Anqulem Komiks Festivalı

Bu il də frankofon komikslər üçün ən əhəmiyyətli olan beynəlxalq miqyasda tanınan festivalın 51-ci buraxılışı Anqulemdə bir həftə ərzində (25-28 yanvar) 200 000-dən çox ziyarətçini bir araya gətirdi. 1974-cü ildən bəri hər il olduğu kimi, forumda sərgilər, imza sessiyaları, debatlar, müəlliflər, naşirlər və ictimaiyyət arasında görüşlər keçirildi.

Ən nüfuzlu mükafat olan Fauve d'or, Delcourt nəşriyyatı tərəfindən dərc olunan Monika adlı işinə görə "ilin ən yaxşı albom"u dizayner Daniel Clowes-ə təqdim edildi.

ABŞ-da əsas grand prix-lərin daimi iştirakçısı olan Daniel Clowes, 1960-cı illərdə doğulmuş bir qadının həyatı ətrafında bir-biri ilə əlaqəli hekayələr təqdim edən və depressiya, müharibə və ya məzhəblərin  təsiri altına düşmə kimi mövzuları araşdıran əsərinə görə Fransada ilk dəfə Anqulem Grand Prix-ini qazandı.

Monika münsiflər heyətinin sədri tərəfindən “böyük, bənzərsiz və təsnif edilə bilməyən qrafik roman, duyğusal təcrübə, labirintli, rəngarəng, asılılıq yaradan, hər dəfə oxuduqda fərqli təəsürat yaradan roman” kimi təsvir edilib.

Festival laureatları

bd monica

daniel clowes

festival angouleme

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow