MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fransız filmi “Düşmənin anatomiyası” « Anatomie d’une chute »,  Oskar mükafatları nominasiyasında

Jüstən Triyenin rejissoru olduğu detektiv janrında çəkilmiş “Düşmənin anatomiyası” filmində Qrönobl şəhərinə yaxın dağlıq ərazidə yaşayan Sandra Voyter onun həyat yoldaşı Samuel Maleski və on bir yaşlı oğulları Daniyel haqda bəhs edilir. Bir gün, Samuelin cəsədi bağ evlərinin qarşısında tapılır. Sui qəsd yoxsa özünə qəsd ? İlkin istintaqda yoldaşı Sandra da şübhələrə rəğmən dindirilir. Bir il sonra, məhkəmə zalında ailənin övladı Daniyel valideynlərinin ailə içi söhbətlərilə tanış olur. 

 

Film Fransada böyük maraqla qarşılanır və Kan kinofestivalının 2023-cü ildə Qızıl Palma Budağına layiq görülür. 2024-cü ilin əvvəlində Golden Globe nüfuzlu kino mükafatlarının ən yaxşı ssenari və ən yaxşı xarici film nominasiyalarında qalib olur. Bununla da Golden Globe mükafatlarıın ən yaxşı ssenari nominasiyasını qazanan ilk fransız filmi olur. 

 

Bununla uğurları dayanmır. Film  29-cu Critics' Choice Movie Awards mükafatlarının ən yaxşı xarici film nominasiyasında qalib olur və BAFTA Awards 2024 -də indiyədək ən çox nominasiyaya layiq görülən fransız filmi adına sahib olur. 

 

Hal-hazırda film Oskar 2024 mükafatları üçün 5 nominasiyada yer alır : Hollywood-da mükafatların ən vacibi sayılan (İlin ən yaxşı filmi) nominasiyasında sayca onuncu fransız filmi olaraq çıxış edəcək və eləcə də Ən yaxşı rejissor nominasiyası üzrə savaşacaq. 

 

Fransız mükafatlarına yenidən gəlincə isə Fransanın les Césars 2024 kino mükafatlarında 11 nominasiyada yer alır (Ən yaxşı film, Ən yaxşı rejissor və Ən yaxşı ssenari). 

anatomie dune chute

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow