MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fransa və Almaniya səfirliklərinin Gender Bərabərliyi Mükafatı

İyunun 13-də Almaniya və Fransa səfirlikləri Fransa Rezidensiyasında hər il keçirilən Gender Bərabərliyi Mükafatını təqdim edəcəklər.

Almaniyanın Azərbaycandakı Səfiri cənab Ralf Horlemann, Fransanın Azərbaycandakı Səfiri xanım Anne Boillon, mükafatın son iki qalibi xanım Kifayət Talıbzadə (qalib 2022), xanım Günel Ağabəyli (2021)  eləcə də xanım Lalə Mahmudova və xanım Şəmsiyyə Mustafayevadan ibarət münsiflər heyəti ilkin seçim proseduru nəticəsində müəyyən edilmiş 5 namizəd arasından qalibi seçəcəklər:

 

- Ləman Cəlilova, idmanda gender bərabərliyinin təşviqinə yönəlmiş “Goal plus” layihəsinin yaradıcısı;

- Rəbiyyə  Məmmədova, məişət zorakılığına məruz qalmış qadınları öyrədən və işlə təmin edən “SAPLA Academy” sosial müəssisəsinin direktoru;

- Səbinə Nəcəfova, 2021-ci ildə istifadəyə verilmiş “Menarki menstruasiya” informasiya platformasının təşəbbüskarı ;

- Məhluqə Rəhimova, Azərbaycan Əlilliyi olan Qadınlar Assosiasiyasının sədri, və Qazax rayonunda əlilliyi olan qızların və qadınların dövlət xidmətlərinə çıxışının asanlaşdırılmasına yönəlmiş layihənin təşəbbüskarı;

- Mehriban Zeylanova, Bakıda “Təmiz Dünya” məişət zorakılığı qurbanı olan qadınlar üçün sığınacağın rəhbəri.

 

Fransa və Almaniya səfirliklərinin Gender Bərabərliyi Mükafatı haqqında daha çox məlumat əldə etmək üçün: link

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow