MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Delf A2 sınaq imtahanı ilk dəfə Gəncə Dövlət Universitetində

Azərbaycanda fransız İnstitutunun icraçı Direktoru cənab Conatan ÜNLÜ iyun ayının 1-i Gəncədə Delf A2 sınaq imtahanını təşkil etmək üçün oraya yola düşdü. Bu münasibətlə Gəncə Dövlət Universitetinin fransız dili fakültəsinin tələbələri imtahanın gedişatı ilə tanış oldular və üstəlik imtahanın simulyasiya versiyasında özləri iştirak etdilər. İmtahanın danışıq hissəsi dil daşıyıcısı cənab Conatan ÜNLÜ-nün qarşısında DELF imtahanının rəsmi yoxlamasını aparmağa hüquqa malik olan xanım Vüsalə İSGƏNDƏROVANIN təşkilatçılığı ilə keçirildi. Sınaq imtahanının nəticələri artıq bəllidir və ən yaxşı nəticə göstərən tələbəni alqışlayırıq (100 baldan 83,5 ) !

 

Delf və Dalf diplomları fransız dili biliklərini təsdiq edən sənədlərdir və Fransanın Təhsil #nazirliyi tərəfindən təqdim olunur.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow